Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
15 İyul 2020 17:37
2 709
Dünya Azərbaycanlıları Assambleyasını (DAA) Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatlarla bağlı bəyanat yayıb. Bu barədə “Xalq cəbhəsi”nə adıçəkilən təşkilatdan məlumat verilib.
Bəyanatda deyilir:
“Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində təxribat törətmək cəhdləri bir daha bu ölkənin təcavüzkar, işğalçı mahiyyətini ortaya qoyur. Təbii ki, düşmən layiqli cavabını alıb, alır və bundan sonra da alacaq. Ordumuzun peşəkarlıq səviyyəsi, döyüş əzmi yüksəkdir. Müasir silah sursatla, hərbi texnika ilə təmin olunan ordumuzun düşmənə endirdiyi cavab zərbələri xaricdə yaşayan azərbaycanlılar olaraq bizi qürurlandırır.
Təbii ki, döyüş həmişə olduğu kimi bütün sahələrdə aparılır. Buna görə də, hər kəs üzərinə düşən işi məsuliyyətlə yerinə yetirməlidir.
İnformasiya savaşında fəal olmalı, diaspor təşkilatları olaraq düşmənin cavabını bütün istiqamətlərdə verməliyik.
Eyni zamanda ölkə daxilində olan “5-ci kolon”un təxribatlarına uymamalıyıq, son dərəcə diqqətli olmalı, bütün diqqəti cəbhəyə yönəltməliyik.
İyunun 14-də orduya dəstək aksiyası zamanı törədilən təxribatlar bir daha necə bir həssas mərhələdə olduğumuzun göstəricisidir. Bu xaricdə yaşayan azərbaycanlılar olaraq bizi üzdü. Bu təxribat ssenarisinə alət olmamaq üçün sayıqlığımızı əldən verməməliyik
Bu gün cəbhədə olduğu kimi bütün istiqamətlərdə savaşda olduğumuzu dərk etməliyik, xalq olaraq təxribatların qarşısında ilk olaraq biz çıxmalı, Ali Baş Komandanın ətrafında sıx birləşməliyik. Bir olarsaq, haqlı davamızın qarşısında heç bir güc dayana bilməz”.
12 Sentyabr 10:20
1 029
12 Sentyabr 10:18
2 478
11 Sentyabr 19:18
1 246