“Artıq ermənilər çox ciddi səhv etdiklərini başa düşüblər” Siyasət

“Artıq ermənilər çox ciddi səhv etdiklərini başa düşüblər”

Turab Rzayev: “Bütün dünyaya əzilən xalq, yox məhz vandal olduqlarını sübut ediblər”

“Ermənilər bizim soydaşlarımıza qarşı həm qanunsuz, qeyri-etik və vəhşi addım atıblar, həm də təxribat törədiblər”. Bunu “Xalq cəbhəsi”nə açıqlamasında siyasi ekspert Turab Rzayev deyib. O, bildirib ki, bütün dünyaya əzilən xalq, yox məhz vandal olduqlarını sübut ediblər: “Bu bizə üstünlük verir, həm hüquqi, həm mənəvi, həm psixoloji. Bugün ARB 14-də canlı yayımda bu barədə yarım saatdan çox danışdım. XİN, Diaspora komitəsi, səfirliklər hüquqi müstəvidə və informasiya savşında ciddi şəkildə işləyib erməniləri peşman edə bilərlər.
Artıq ermənilər çox ciddi səhv etdiklərini başa düşüblər.
Ermənilərə qarşı total hücum olarsa bu bizim əleyhimizə işləyə bilər. Ermənilərin lobbisini, diasporunu, məzlum xalq obrazını, siyasi və media əlaqələrini nəzərə alsaq, onlar bundan çox məharətlə istifadə edib prosesi öz xeyirlərinə dəyişə bilərlər. Belə olarsa yenə də öz vandal adlarını bizə qoyacaqlar, “qurban”, “məzlum” isə həmişəki kimi onlar olacaq.
Bütün dünya azərbaycanlılarından xahiş edirəm. Lütfən təmkinli olun.
Xarici İşlər Nazirliyi, Diaspora Komitəsi və səfirliklər lütfən gec olmamış prosesi nəzarətə götürün. Yoxsa çox gec olacaq. Və biz bu prosesin fəsadlarından illərlə əziyyət çəkə, Qarabağ məsələsində psixoloji, diplomatik və hüquqi üstünlüyümüzü itirə bilərik. Təxribatlardan uzaq durun, xüsusilə, Rusiyada”.

Əli