Millət vəkili Qüdrət Həsənquliyev dövlət universitetlərini özəlləşdirməyi təklif etdi Siyasət

Millət vəkili Qüdrət Həsənquliyev dövlət universitetlərini özəlləşdirməyi təklif etdi

"Dövlət müəssisələri, dövlət universitetləri özəlləşdirilməlidir. Bu obyektlər özəlləşdirilərsə, əlavə vergilər hesabına dövlət büdcəsi daha da təkmilləşər"
2015-ci ilin dövlət büdcəsi layihəsinin Milli Məclisin komitələrinin birgə müzakirəsində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev deyib.
O, bildirib ki, məcburi köçkünlərin və qaçqınların həyat şəraitinin və mənzil təminatının yaxşılaşdırılması üçün vəsait artırılmalıdır. Deputat həmçinin məcburi köçkünlərin evlə təmin olunmasını da təklif edib. Onun szölərinə görə, dövlət strukturları üçün yeni ofislərin tikintisi əlavə xərcdir.Millət vəkili hesab edir ki, həmin vəsaitləri məcburi köçkünlərə ayırmaq və onların həyat şəraitinin yaxşılaşdırılmasına sərf etmək lazımdır.
"Dövlət müəssisələri, dövlət universitetləri özəlləşdirilməlidir. Bu obyektlər özəlləşdirilərsə, əlavə vergilər hesabına dövlət büdcəsi daha da təkmilləşər. Dövlət binalarına nə qədər xərc çəkiləcək? Onların artıq özəlləşdirilməsinin vaxtı çatıb. Bundan başqa sosial ipotekanın artırılması vacibdir. 2015-ci ilin dövlət büdcəsində sosial ipoteka xərcləri üçün 50 milyon manat nəzərdə tutulur".