“Konkret tədbirlər görülməlidir” Siyasət

“Konkret tədbirlər görülməlidir”

Fazil Mustafa: "Nardaranda İran bayrağının qaldırılması Azərbaycan dövlətçiliyi üçün ciddi təhdiddir"

"Bakı kəndlərində İran bayrağı və bu ölkənin siyasi liderlərinin portretləri altında Aşura mərasimlərinin keçirilməsi ilk dəfə deyil, illərdir belə hallar baş verir. Ancaq, nədənsə, buna tolerant yanaşılır". Bu fikirləri SİA-ya açıqlamasında Böyük Qurtuluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyib.
Millət vəkili bildirib ki, bu halların təkrarlanması Azərbaycan dövlətçiliyi üçün ciddi təhdiddir: "Bir dövlətin ərazisində başqa bir dövlətin təbliğatının aparılması yol verilməzdir. Bu hərəkətlərə kimlər yol verirsə, həmin dövlətin agenturasının fəaliyyətini həyata keçirir. Hesab edirəm ki, bu hal dövlət təhlükəsizliyi üçün təhdiddir. Ona görə, də müvafiq orqanlar buna qarşı konkret addımlar atmalıdırlar".