XİN: Ermənistanın Azərbaycana qarşı fəaliyyətini təşviq edən dövlətlər də məsuiyyət daşıyır Siyasət

XİN: Ermənistanın Azərbaycana qarşı fəaliyyətini təşviq edən dövlətlər də məsuiyyət daşıyır

Hazırda Ermənistan və erməni diaspor təşkilatları Azərbaycan və onun mülki əhalisinə qarşı terror fəaliyyətləri həyata keçirdiklərinə görə beynəlxalq hüquqi məsuliyyət daşıyırlar.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Leyla Abdullayeva bu gün keçirdiyi brifinqdə deyib ki, həmçinin öz ərazilərində Ermənistanın Azərbaycana, Azərbaycanın suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qarşı fəaliyyətlərini təşviq edən dövlətlər, daha doğrusu bu insanların fəaliyyəti üçün şərait yaradan dövlətlər də əslində məsuliyyət daşıyırlar.

L.Abdullayeva qeyd edib ki, həmin dövlətlər beynəlxalq konvensiyalara əsasən bu insanarın qarşısını almalıdır.

XİN rəsmisi həmçnini Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edən xarici jurnalistlərin təhlükəsizliyi məsələsinə toxunub: “Bir daha elan edirik ki, Azərbaycanın razılığı olmadan işğal edilmiş ərazilərimizə səfər edən jurnalistlərin təhlükəsizliyinə Azərbaycan cavabdeh deyil”.