Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
7 Oktyabr 2020 14:58
1 953
Azərbaycanın Dağlıq Qarabağ münaqişə zonasından kənardakı şəhərlərinin Ermənistan tərəfindən bombalanması Azərbaycanı Ermənistan ərazisinə cavab hücumlarına vadar etmək cəhdləridir.
Bunu Trendə Təhlükəsizlik Siyasəti və İnkişaf İnstitutunun həmtəsisçisi və direktoru Svante Kornell deyib.
O bildirib ki, münaqişədəki indiki gərginlik, daha doğrusu Ermənistanın münaqişə zonasından kənardakı şəhərləri bombalaması proqnozlaşdırılan hadisədir:
“Ermənistanın bu hərəkətlərində bir neçə məqsəd sezmək olar. Ən aşkar məqsəd Azərbaycana ziyan vurmaq və əhali arasında qorxu yaratmaqdır. Bu, həm də Azərbaycanı işğal olunmuş əraziləri azad etmək cəhdlərindən çəkindirməyə xidmət edir. Amma ən əsası isə Azərbaycanı Ermənistanın daxilində cavab hücumuna vadar etməkdir”.
S.Kornellin sözlərinə görə, bu, onunla əlaqədardır ki, rəsmi Yerevan bu cür addımın Rusiya tərəfindən cavab reaksiyasına yol açacağına ümid edir.
13 Sentyabr 14:54
784
12 Sentyabr 10:20
1 225
12 Sentyabr 10:18
2 786