Qubad İbadoğlu “donduranlardan” danışdı Siyasət

Qubad İbadoğlu “donduranlardan” danışdı

"Bizim mövqeyimizi bölüşən şəxslər Müsavatdan çıxarılır"

"Bizim mövqeyimizi bölüşən şəxslər Müsavat Partiyasından çıxarılır və bu, Nizamnamə pozuntuları ilə həyata keçirilir". Bunu APA-ya açıqlamasında Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu Məclis üzvü Hikmət Hacızadənin partiyada fəaliyyətini dondurmasına və Kamil Xəlilbəylinin partiyadan çıxarılmasına münasibət bildirərkən deyib.
Q.İbadoğlu bildirib ki, H.Hacızadə Müsavatda baş verənləri qəbul etməyib: "O, son günlər baş verənləri, partiyanın ayrı-ayrı icra strukturlarının verdiyi bəyanatları təhlil edərək, fəaliyyətini dondurmaq qərarına gəlib. Onun Müsavatda baş verənlərdən böyük narazılığı var. Bunu Kamil Xəlilbəyliyə də aid etmək olar".
Xatırladaq ki, H.Hacızadə Müsavatdan bəzi üzvlərin xaric edilməsinə etiraz olaraq partiyada fəaliyyətini dondurduğunu bəyan edib. H.Hacızadə partiya rəhbərliyini təşkilatdan xaric edilənlərin işinə yenidən baxmağa, əks təqdirdə isə onu da partiyadan xaric etməyə çağırıb. K.Xəlilbəyli Mərkəzi Nəzarət-Təftiş Komissiyasının qərarı ilə partiyanın siyasi xəttinə zidd hərəkət etdiyi üçün Müsavatdan çıxarılıb.