Gövhər Saroyan: “Qarabağ bizim torpağımız deyil” Siyasət

Gövhər Saroyan: “Qarabağ bizim torpağımız deyil”

Sahib Alıyev: "Gövhər Saroyan kimi həqiqəti dilə gətirənlər də çoxalacaq"

"Qarabağ bizim torpağımız deyil. Niyə mənim oğlum orada ölməlidir?"- bunu Ermənistanda əsgər analarının keçirdikləri etiraz aksiyasında Gövhər Saroyan deyib. Son zamanlar Ermənistan silahlı qüvvələrinin verdiyi ağır itkilər erməniləri nəhayət həqiqətin gözünə baxmağa məcbur edib. Görünən budur ki, cəbhədə ermənilərin itkilərinin sayı artıqca Gövhər Saroyan kimi həqiqəti dilə gətirənləri də çoxalacaq. Və yaxşı olardı ki, Ermənistandakılar Saroyan kimilərin təcrübəsindən dərs çıxarsınlar. Ancaq oğulları gedib Qarabağda öldürüləndən sonra deyil, öncədən bu həqiqəti ucadan desinlər. Onda hərbi xuntanın onların övladlarını özlərinin olmayan torpaqlara əsgərliyə göndəməyə cəsarəti çatmaz.
Millət vəkili Sahib Aliyev öz "facebook" səhifəsində yazıb ki, cəbhədə ermənilərin itkilərinin sayı artdıqca, Gövhər Saroyan kimi həqiqəti dilə gətirənlər də çoxalacaq. Deputatın sözlərinə görə, görünən budur ki, cəbhədə ermənilərin itkilərinin sayı artdıqca Gövhər Saroyan kimi həqiqəti dilə gətirənlər də çoxalacaq: "Və yaxşı olardı ki, Ermənistandakılar Saroyan kimilərinin təcrübəsindən dərs çıxarıb, oğulları gedib Qarabağda öldürüləndən sonra deyil, öncədən bu həqiqəti ucadan desinlər. Onda hərbi xuntanın onların övladlarını özlərinin olmayan torpaqlara əsgərliyə göndərməyə cəsarəti çatmaz".

Əli