“Bu, Ukraynanı uzunmüddətli asılılıq vəziyyətinə sala bilər”
Qarabağı könüllü tərk etmiş ermənilərin 26 mindən çoxu Ermənistan vətəndaşlığı alıb
Yaş həddinə görə dövlət qulluğuna xitam verilənlərə birdəfəlik haqq ödəniləcək
Vəfat edən dövlət qulluqçularının vərəsələrinə müavinət ödəniləcək
Deputat: Bəzi yerlərdə qaz borusu düz evin qabağından keçir, amma sakin qaz çəkdirə bilmir
3 Noyabr 2020 09:28
1 386
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet Dağlıq Qarabağ münaqişəsi zamanı beynəlxalq humanitar hüququnu pozaraq mülki əhaliyə davam edən hücumlardan narahatlığını ifadə edib.
Trend-in qurumun saytına istinadən məlumatına görə, M.Baçelet bildirib ki, münaqişə sentyabr ayında yenidən başlayandan sonra mülki əhalı arasında itkilərin və yaşayış məntəqlərinə dəyən zərərin qarşısını almaq və heç olmasa minimuma endirmək üçün çağırışlar edilib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında mülki şəxslərə qarşı hücumlardan çəkinmək barədə razılığa baxmayaraq, ötən həftə sonu yaşayış məntəqələrinə artilleriya zərbələri endirilib:
"Azərbaycan mənbələrinə görə, cəbhə xəttindən təxminən 20 km məsafədə yerləşən Tərtər şəhəri artilleriya zərbələrinə məruz qalıb.
Azərbaycan hökumətinin verdiyi məlumata görə, sentyabr ayının sonundan etibarən Azərbaycanın nəzarətində olan ərazilərdə ən az 91 mülki şəxs öldürülüb".
M.Baçelet bildirib ki, ən böyük insan tələfatı oktyabrın 28-də baş verib. Aktiv döyüş əməliyyatları zonasından təxminən 30 km məsafədə yerləşən Bərdə şəhərinə raket hücumu nəticəsində 21 nəfərin ölüb və 70 nəfər yaralanıb:
"Məlumatlara görə, Ermənistan ordusu tərəfindən atılan raketlərin içərisində çoxlu kasset sursatları olub. Yaşayış yerlərinə kasset döyüş sursatlarının atılması beynəlxalq humanitar hüququn prinsiplərinə ziddir.
Kasset sursatlarının istifadəsi ilə bağlı həyəcanverici xəbərlərin fonunda, bir daha istifadə edilməsinə son qoyulmasını və istifadəsini tamamilə qadağan edən Kasset Sursat Konvensiyasını təsdiq etmiş 100-dən çox dövlətə qoşulmağa çağırıram".
12:06
462
11:58
504
11:42
595