Faşist küçəsində separatçı "administrasiyası" Siyasət

Faşist küçəsində separatçı "administrasiyası"

Qondarma rejimin “rəhbərləri” Şenqavit rayonu, Qaragin Njde 23/31 küçəsinə köçürülüb

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində qurulan qondarma "rejim" Ermənistana qaçıb. Bu barədə məlumat Araik Arutyunyanın "Facebook" hesabında paylaşılıb.
Orada qeyd olunub ki, Dağlıq Qarabağdakı qondarma "respublikanın" administrasiyası İrəvana, Şenqavit rayonu, Qaragin Njde 23/31 küçəsinə köçürülüb.
Paylaşımda yeni qərargahın şəkilləri olsa da, Araik Arutyunyanın özü şəkillərdə yoxdur.
Bildirilir ki, "administrasiya" fəaliyyətini" Ermənistan Respublikasında "davam etdirəcək".
Qeyd edək ki, bir az əvvəl Ermənistandan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gedən yolun bir hissəsinin mülki şəxslərin hərəkəti üçün bağlanıldığı məlumatı yayılıb. Bu barədə Sputnik Ermənistan qondarma rejimin "müdafiə nazirliyi"nə istinadla məlumat verib.
Onlar iddia edirlər ki, "yolun Şuşa-Laçın sahəsinə Azərbaycan Ordusunun hərbçilərinin daxil olma ehtimalı nəzərə alınaraq Şuşa-Laçın yolunun bir hissəsi mülki vətəndaşların hərəkəti üçün müvəqqəti bağlıdır".
Onlar erməniləri sakitləşdirmək məqsədilə guya həmin ərazidə Azərbaycan Ordusunun təxribat qruplarının axtarışı və məhv edilməsi əməliyyatları apardıqlarını iddia ediblər.