Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
17 Noyabr 2020 17:13
1 785
ABŞ-ın “Johnson & Johnson” şirkəti Dağlıq Qarabağ regionu ilə bağlı səhvini etiraf edib.
Bu barədə şirkətin bəyanatında deyilir.
Bəyanatda qeyd olunub ki, münaqişə dövründə şirkət regionun adını səhv olaraq qeyd edib:
“Son zamanlar Ermənistanla Azərbaycan arasında münaqişədə “Johnson & Johnson”un mövqeyi barədə müxtəlif fikirlər səsləndirilib. Biz münaqişə regionunu sosial şəbəkədə səhv adlandırmışıq. Səhv olduğunu təsdiq edirik və bundan təəssüf edirik”.
Qeyd edək ki, bir müddət əvvəl “Johnson & Johnson” “Twitter” səhifəsində Dağlıq Qarabağ münaqişəsində zərər çəkənlərə yardım məqsədilə vəsait toplandığını elan etmiş və regionu “Artsax” adlandırmışdı.
11:54
546
11:53
553
08:27
651