İşğaldan azad edilmiş bölgələrin bərpasında KOB-ların iştirakına dair xüsusi strategiya hazırlana bilər Siyasət

İşğaldan azad edilmiş bölgələrin bərpasında KOB-ların iştirakına dair xüsusi strategiya hazırlana bilər

Azərbaycanın işğaldan azad edilmiş bölgələrinin bərpasında kiçik və orta sahibkarların (KOB) fəal və yaxından iştirakına dair xüsusi strategiya qurulmalıdır.

“APA-Economics”in məlumatına görə, bunu “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” layihəsi çərçivəsində Virtual Sahibkarlıq Yarmarkasının açılış mərasimində çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev deyib.

Onun sözlərinə görə, hazırda bu ərazilərdə bərpa işlərinə başlanılıb və burada əsas vəzifə sahibkarların, həmçinin mikrosahibkarların üzərinə düşür: “Biz Avropa İttifaqı, İslam İnkişaf Bankı və digər tərəfdaşların iştirakı ilə regionlarda kiçik və orta sahibkarlığın inkişafına böyük dəstək verməliyik. Qarşıda görüləcək işlərimiz, hədəflərimiz çoxdur. Ona görə hesab edirəm, işğaldan azad olunan bölgələrin bərpasında fəal və yaxından iştirak etməliyik, xüsusi strategiya qurmalıyıq”.