Büdcə zərfi Milli Məclisdə müzakirə ediləcək Siyasət

Büdcə zərfi Milli Məclisdə müzakirə ediləcək

Sabah Milli Məclisin komitələrində 2021-ci ilin büdcə zərfi müzakirə ediləcək. Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

S.Qafarova bildirib ki, komitələr iclasda büdcə zərfini müzakirə edib təklif və rəylərini bildirəcəklər.