“Hörmüz boğazı qlobal sabitliyin əsas açar nöqtəsidir”
31 Mart 21:32
31 Mart 21:32
31 Mart 21:28
31 Mart 20:39
23 Dekabr 2020 13:28
2 786
“Azərbaycan ərazilərinin azad edilməsi iqtisadiyyatımızın dinamik inkişafı baxımından müsbət oldu”.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu bu gün İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib.
“Azərbaycan ərazilərinin azad edilməsi iqtisadiyyatımızın dinamik inkişafı üçün müsbət oldu. Bu, ilk növbədə “Xudafərin” su bəndi ilə bağlı yekun razılığa gələ bilməyimiz baxımından səmərəli oldu ki, artıq həm elektrik enerjisindən, həm də Araz çayının su ehtiyatlarından daha sərbəst istifadə edə bilərik. Sözügedən bənd 120 min hektar ərazimizi su ilə təmin edə bilər, bu da mühüm addımdır”, - deyə İran Prezidenti vurğulayıb.
O qeyd edib ki, Azərbaycan ərazilərinin azad edilməsinin həm dəmir yolları, həm də tranzit sahəsində İran üçün müsbət təsiri olacaq.
31 Mart 18:44
1 253
31 Mart 16:31
1 358
31 Mart 15:03
1 491