Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
25 Dekabr 2020 15:14
2 100
Gələn il Azərbaycan iqtisadiyyatı "Brent" markalı neftin qiymətinin 40 dollar səviyyəsində olacağı təqdirdə belə əhəmiyyətli artım, təxminən 1,3 faiz artım nümayiş etdirəcək.
Bunu Trend-ə "Qazprombank"ın Bazar konyunkturunun təhlili departamentinin rəis müavini Gulnara Haydarşina deyib.
Onun sözlərinə görə, neft qiymətlərinin 50 dollar diapazonunda olacağı təqdirdə Azərbaycan iqtisadiyyatı yeni fiskal stimulun təsiri nəzərə alınmaqla 4,1 faizədək artım göstərə bilər.
O, Azərbaycanın 2021-ci il dövlət büdcəsində xərclər strukturunu xüsusi qeyd edib:
"Azərbaycanın yeni büdcə layihəsinin özəlliyi ondadır ki, sənəddə erməni işğalından azad edilmiş Dağlıq Qarabağ regionunda bərpa işlərinin aparılması və yeni infrastrukturun yaradılması üçün vəsaitin ayrılması nəzərdə tutulub. Yeni fiskal stimul sayəsində Azərbaycan iqtisadiyyatında əlavə artım amili yaranır ki, bu da gələcək illərdə Azərbaycanın iqtisadi göstərcilərinin artmasına gətirib çıxaracaq".
Bundan başqa, ekspert qeyd edib ki, 2021-il büdcəsi sosial yönümlülüyünü qoruyub saxlayır. Belə ki, yeni büdcədə sosial xərclər büdcənin 39 faizini təşkil edəcək və bu, ölkədə istehlakın artımına yol açacaq.
11:54
546
11:53
553
08:27
651