Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir Siyasət

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir.

İsrailin sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Dalia İtzikdən:

"Hörmətli cənab Prezident.

İlin son həftəsinə təsadüf edən doğum gününüz münasibətilə Sizi təbrik etməkdən məmnunluq və şərəf hissi duyuram.

Yola saldığımız ildə və Prezident olduğunuz əvvəlki illərdə Siz milli və qlobal səviyyələrdə misli görünməmiş təhdidlərə qarşı mübarizə aparmısınız və həmişə olduğu kimi, ölkənizin, vətəndaşlarınızın və dostlarınızın rifahı naminə yüksək mənəvi-əxlaqi dəyərlərlə yanaşı, həmçinin müdrik və uzaqgörən liderlik nümayiş etdirmisiniz. Sizin bu fəaliyyətiniz ən yüksək qiymətə layiqdir.

Siz təxminən iki ay bundan əvvəl prezidentliyinizin 18-ci ilinə başlamısınız. Yəhudi ənənəsinə görə, 18 rəqəminin xüsusi numeroloji mənası vardır və “həyat yolu”nu təcəssüm etdirir.

Bununla əlaqədar, beynəlxalq səviyyədə təqdirəlayiq fəaliyyəti ilə seçilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəxri üzvü kimi Sizə cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayır, uzaqgörən, müdrik və nümunəvi liderlik fəaliyyətinizin davamlı olmasını diləyirəm.

Birinci xanım, Zati-aliləri Mehriban Əliyevaya və gözəl qızınız Leylaya ən xoş arzularımı və ehtiramımı çatdırmağınızı xahiş edirəm.

Sizə dərin hörmət, xoşbəxt və uğurlu yeni il arzularımla".

XXX

Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Lindendən:

"Zati-aliləri, hörmətli Prezident İlham Əliyev.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Yeni 2021-ci il ərəfəsində Sizə və doğmalarınıza möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayır, ölkənizə və onun vətəndaşlarına davamlı sülh və rifah diləyirəm.

İqtisadi, sosial və siyasi sahələrdə ölkənizin qarşısında duran vəzifələrin həlli istiqamətindəki fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.

Bir daha Sizə səmimi salamlarımı və xoş arzularımı çatdırıram".