“Azərbaycan dövlətinin koronavirusla mübarizə metodu bir çox ölkələr üçün nümunə olub” Siyasət

“Azərbaycan dövlətinin koronavirusla mübarizə metodu bir çox ölkələr üçün nümunə olub”

Fuad Hüseynzadə: “Ölkənin bütün tibbi personalı koronovirusla mübarizə üçün səfərbər olunub”

“Hazırda bütün dünyada koronavirus pandemiyasına qarşı mübarizə aparılır. Hər bir ölkədə ümumi, eyni zamanda özünəməxsus şəkildə koronavirusa qarşı tədbirlər görülür. Bu baxımdan Azərbaycanda da davamlı olaraq ciddi mübarizə aparılır. Dövlət tərəfindən koronavirusa qarşı mübarizə istiqamətində bütün gözlənilən təhlüklər diqqətdə saxlanılır”. Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə bildirib. O, deyib ki, əlbəttə ki, əsas məsələ insanların sağlamlığıdır: “Məhz buna görə də Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq modul tipli xəstəxanalar tikilib. Ölkənin bütün tibbi personalı koronovirusla mübarizə üçün səfərbər olunub.
Koronavirusdan qorunmağın əsas yollarından biri sosial təcrid vəziyyətində evdə qalmaqdır. Bunun üçün ən vacib məsələ cəmiyyət arasında maarifləndirmə və təbliğatı gücləndirməkdir. Bu baxımdan media və vətəndaş cəmiyyəti tərəfindən davamlı olaraq əhaliyə tövsiyələr verilir. Həmçinin koronavirusun yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyası keçirlib. Eyni zamanda davamlı olaraq sosial şəbəkələrdə, ictmaiyyət arasında maarifləndirmə aparılır”.
Onun sözlərinə görə, pandemiya dövründə əhalinin sosial vəziyyətinin yaxşılaşdırlması istiqamətində də dövlət tərəfindən dəstək layihələri həyata keçirlib: “Xüsusən sahibkarlara maliyyə yardımı paketləri verilib. Bununla yanaşı, bir çox sahələrdə əhaliyə sosial güzəştlər edilib. Bütün bunlar Azərbaycan dövlətinin pandemiya ilə mübarizə sahəsində həyata keçirdiyi effektiv siyasətin göstəricisidir.
Ölkəmiz pandemiya dövründə xaricdəki soydaşlarımızı da diqqət saxlayıb. İstər xaricdəki bir çox soydaşlarımızın Azərbaycana təxliyyəsi, istərsə də onlara yardımların edilməsi baxımdan dövlətimiz tərəfindən işlər görülüb.
Sevindirici haldır ki, Azərbaycan dövlətinin koronavirusla mübarizə metodu bir çox ölkələr üçün nümunə olub. Bu faktı bir çox beynəlxalq ekspertlər də dəflərlə vurğulayıblar. Həmçinin Azərbaycan pandemiya dövrüdən müxtəlif ölkələrə və beynəlxalq təşkilatlara yardımlar edib. Bu o deməkdir ki, pendemiya dövründə Azərbaycan beynəlxalq tərəfdaşlar qarşısında diqqətli və məsuliyyətli addımları ilə seçilib”.

Əli Zülfüqaroğlu