“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 22:59
30 Dekabr 2025 22:37
30 Dekabr 2025 22:36
5 Mart 2021 09:31
1 512
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, başsağlığında deyilir: "Qardaş Türkiyə Quru Quşunlarına məxsus hərbi helikopterin Bitlisdə qəzaya uğraması nəticəsində yüksək rütbəli hərbi qulluqçuların, xüsusilə də Elazığ 8-ci ordu korpusunun komandiri korpus generalı Osman Erbaşın həlak olması və hərbçilərin yaralanması, Şırnak bölgəsində isə hərbi avtomaşının aşması nəticəsində on bir hərbi qulluqçunun xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi.
Sizin acınız bizim də acımızdır.
Şəhid olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.
Allah rəhmət eləsin."
30 Dekabr 2025 16:21
1 701
30 Dekabr 2025 16:19
1 687
30 Dekabr 2025 14:53
1 799