Millət vəkili: “Pula bu cür hərislik heç bir ölkənin bank sistemində yoxdur” Siyasət

Millət vəkili: “Pula bu cür hərislik heç bir ölkənin bank sistemində yoxdur”

“Azərbaycanda “cehiz faizi” deyilən yüksək faizli istehlak kreditləri ailə quranların faciəsinə çevrilib”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

Deputat bildirib ki, pula bu cür hərislik heç bir ölkənin bank sistemində yoxdur: “Mərkəzi Bankın sədri iddia edir ki, Bankın yeni binasının tikintisi üçün elan edilən tenderin nəticəsi məlum olub. Anormal bank sistemimizdə islahatlara ehtiyac var. Vətəndaş-bank sistemi bataqlıqdadır. “Bank haqqında” qanun yenidən qəbul edilməlidir.

Mərkəzi Bankın şəffaf olmayan maliyyə fəaliyyətinə, illik smetasındakı müstəqilliyinə son qoyulmalıdır. Bu səlahiyyətlər Milli Məclisə verilməlidir. Dünyanın böyük banklarının Azərbaycana gətirilməsi təmin edilməlidir. İllərdir, buna ciddi şəkildə maneələr törədilir. Sinqapur, Yaponiya nümunəsi göz önündədir”.