Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
17 Mart 2021 13:13
1 666
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Pakistanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə “Pakistan bu gün” mövzusunda seminar keçirilib.
BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, iki ölkə arasında strateji tərəfdaşlıq mövcuddur.
Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee qeyd edib ki, Pakistan və Azərbaycan arasında müxtəlif sahələrdə geniş əməkdaşlıq var və münasibətlər gündən-günə genişlənir.
Daha sonra diplomat Pakistan hökumətinin “Naya Pakistan” konsepti barədə seminar iştirakçılarına məlumat verib. O, bu konseptin iqtisadi təhlükəsizliyə əsaslanan rifah dövlətinin yaradılmasını nəzərdə tutduğunu deyib.
Səfir vurğulayıb ki, hökumət cəmiyyətin bütün təbəqələri üçün bərabər imkanların yaradılması istiqamətində mümkün addımları atır.
B. Hayee bildirib ki, Pakistanın qonşuları ilə dost münasibətləri saxlaması əsas hədəflərdəndir: “Əfqanıstan illərdir qeyri-stabillikdən əziyyət çəkir, lakin son vaxtlar sülh və stabilliyin bərpası üçün imkanlar yaranıb. Pakistan olaraq biz bu ölkədə sabitliyin bərpasında maraqlıyıq”.
O, Azərbaycan və Pakistan arasında hərbi sahədə yaxın əməkdaşlığın olduğunu da əlavə edib.
Diplomat bildirib ki, aprel ayında Azərbaycan-Pakistan birgə biznes forumunun keçirilməsi nəzərdə tutulub.
Səfir onu da vurğulayıb ki, tezliklə Pakistan şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesinə qoşulacaqlar: “Hökumətlərarası münasibətlər kifayət deyil, iki ölkə arasında əlaqələrin dayanıqlı olması üçün xalqlararası münasibətlər də dərinləşməlidir”.
Tədbirin sonunda səfir B. Hayee iştirakçıların suallarını cavablandırıb.
10:20
595
10:18
1 603
11 Sentyabr 19:18
980