

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Koronavirusa yoluxan bütün xəstələrin stasionar müalicəsi məsləhətdir.
Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
O bildirib ki, bu virus istənilən halda təhlükəli ola bilər: "Yoluxma hallarının sayı hazırda yenidən artmaqdadır. Belə hallarda stasionar xəstələrin sayı da artır. Tənəffüs çatışmazlığı olmayan bəzi xəstələr evdə müalicə alır. Amma həmin xəstələrin də stasionara götürülməsi lazımdır. Birotaqlı evdə tək yaşayan şəxs koronavirusa yoluxarsa, həmin şəxs təcrid oluna bilər və evdə müalicə ala bilər. Elə insanlar var ki, onlar yoluxarkən bu virusu ağır keçirmir. Təngnəfəslik və digər ağır fəsadları olmur. Amma bütün hallarda bu cür xəstələrin də stasionar müalicə alması məsləhətdir".