Brayza: “ABŞ Azərbaycana daha çox diqqət ayırmalıdır” Siyasət

Brayza: “ABŞ Azərbaycana daha çox diqqət ayırmalıdır”

"ABŞ Azərbaycana daha çox diqqət ayırmalıdır, çünki bu ölkə Birləşmiş Ştratların strateji tərəfdaşıdır". Bunu Trend-ə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, Tallindəki Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktoru Metyu Brayza deyib. Onun sözlərinə görə, ABŞ Cənubi Qafqazda daha səmərəli rol oynamalıdır: "Xüsusilə də danışıqlar prosesi və beynəlxalq prinsiplər əsasında Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi baxımından effektiv rol oynamalıdır".