Ukrayna və ABŞ günün sonuna qədər sülhü yaxınlaşdıracaq razılığa gələ bilər
Aİ hibrid və kibertəhdidlərlə mübarizədə Ermənistanı dəstəkləməyə hazırdır
Gültəkin Hacıbəyliyə Türkiyədən deportasiya olunması ilə bağlı qərar təqdim olunub
Çin istehsalı olan şüşə fincanlarda ağır metallar aşkarlanıb, əhaliyə çağırış edilib
27 May 2021 13:31
3 192
Ötən il pandemiya bütün dünya iqtisadiyyatına böyük zərbə vurub. Pandemiya Azərbaycan iqtisadiyyatına da müəyyən təsir etsə də valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə azalmasına səbəb olmayıb.
Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə Hesablama Palatasının rəyini tədqim edən Palatanın sədri Vüqar Gülməmmədov deyib.
O qeyd edib ki, 2020-ci dövlət büdcəsi tamam fərqli büdcədir: “Həm pandemiya, həm də neft bazarlarında olan vəziyyət 2020-ci il dövlət büdcəsini əvvəlki illərin büdcələri ilə müqayisəsini mümkünsüz edir”.
V.Gülməmmədov vurğulayıb ki, 2020-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı Hesablama Palatası büdcə təsnifatının beynəlxalq Valyuta təsnifatı əsasında təkmilləşdirilməsini vacib hesab edir: “2020-ci ilin unudulmaz il olduğu danılmazdır. Qarşıda bizi daha şərəfli tarix gözləyir. Vergi və gömrük inzibatçılığı sahəsində müşahidə edilən addımların daha təkmiləşdirilməsi yaxşı olardı. Maliyyə inzibatçılığının da tətbiq edilməsini vacib sayırıq”.
18:16
567
18:00
1 351
16:56
924