Azərbaycan erməni cinayətkarlara da normal münasibət göstərir, amma onlar bizə rəhm etməmişdi - Erməni əsirliyində olan Həbib Kazımov Siyasət
- 2 İyun 2021 18:49
- 3 549
1993-cü ildə torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə kəllə-beyin travması almışam və əsir götürülmüşəm.
Bunu Trend-ə açıqlamasında erməni əsirliyində olarkən işgəncələrə məruz qalan Həbib Kazımov deyib.
O bildirib ki, ermənilər onu Şuşa həbsxanasına aparıb, orada ağır işgəncələrə məruz qalıb: “Həbsxananın həyətinə daxil olan kimi məni vəhşicəsinə döydülər və işgəncələr verdilər. Armatur və digər dəmir parçaları ilə döyülmüşəm. Orada bəzi azərbaycanlı əsirlər işgəncələrə tab gətirməyib intihar etdi.
Bu gün Azərbaycanda məhkəməsi keçirilən hər iki terrorçu həmin işgəncələrdə yaxından iştirak edib. Bunların hər ikisinin orada təxəllüsü olub. Biri Lyoxa, biri Ayoşa ləqəbi daşıyırdı. Mkrıtıçyan Lüdvik “Lyoxa” idi. O burada deyir ki, Azərbaycan dilini bilmir. Lakin orada bizimlə Azərbaycan dilində danışırdı. Bizi təhqir belə edirdi. O vaxt onlar özlərini elə aparırdılar ki, sanki məşhur terrorçudurlar. Kürəyimdə dəmir parçaları sındırırdılar, indi isə guya bizi tanımırlar. Onlar insana yaraşmayan, insanlığa layiq olmayan hərəkətlər edirdilər. Əsirlikdə qaldığım müddətdə yalnız ağır işgəncələr görmüşəm. Məni digərlərindən daha çox incidirdilər. Səbəb isə sumqayıtlı olmağım idi. Onlar Sumqayıt hadisələrinə görə məni daha çox döyür, işgəncə verirdilər. Məni Allah saxladı ki, ölmədim, öldürmədilər”.
Zərərçəkmiş Həbib Kazımov deyib ki, əsirlikdə olarkən bir dəfə Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşı ona baş çəkib: “Məni dəhşətli dərəcədə döymüşdülər, dedilər ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi bizə baş çəkmək istəyir. Ona görə də məni apardılar uşaq xəstəxanasına. Bizə baş çəkən nümayəndənin tərcüməçisi erməni idi. Bizə demişdilər ki, onsuz da əsirlərə işgəncə verən adamın adını çəksək, o, tərcümə etməyəcək. Ona görə də orada şikayət ertməyin mənası yox idi. Komitə üzvü gedəndən sonra yenidən bizə işgəncə verirdilər”.
Bu gün haqq-ədalətin öz yerini tapmasından sevinən H.Kazımov vurğulayıb ki, ermənilərin bir gün qanun qarşısında cavab verəcəyinə inanırdı: “İnanırdım ki, haqq -ədalət öz yerini tapacaq. Həmin terrorçuları görəndə təsəlli tapdım ki, bizə işgəncə verənlər bu gün layiqli cavabını alırlar. Amma mənə qalsa, istəyərəm ki, onlara ən ağır cəzalar verilsin. Çünki onlar azərbaycanlı əsirlərə qarşı qatı cinayətlər törədiblər.
Azərbaycan dövləti erməni cinayətkarlara da normal münasibət göstərir, onlara qarşı heç bir təzyiq etmir. Amma ermənilərin heç biri bizə rəhm etməyib”.
- 18:09
- 546
- 13:00
- 980
- 14 Sentyabr 13:22
- 1 379
-
Vüqar Rəhimzadə: Şvabe kimilər anti-Azərbaycan dairələrin cızdıqları ssenarinin oyunçularıdır
-
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - YENİLƏNİB
-
Bakıda külək əsəcək, rayonlarda şimşək çaxacaq - PROQNOZ
-
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
-
Türkiyənin kəşf edilməyən cənnətləri : Tarixi kəndlər
-
Temperatur 3-6 dərəcə enəcək, intensiv yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Overçuk: Azərbaycanla Ermənistan arasında kommunikasiyanın açılması 10 noyabr bəyanatı çərçivəsində mümkündür
-
Prezident Fatma Səttarovanın vəfatı ilə bağlı başsağlığı verib
-
Azərbaycan nefti ucuzlaşıb
-
Sabah bəzi yerlərdə leysan olacaq, dolu düşəcək - PROQNOZ
-
NATO baş katibi: Rusiya ilə dialoq bərpa olunmalıdır
-
Mediada ədəbi dilin qorunmasına çağırış
-
Qlobal təcrübədən yerli təsirə: Qızları gücləndirməyə yönəlmiş mentorluq hekayəsi
-
Xətai rayonunda birincilərlə görüş keçirilib - FOTO
-
Fransa XİN rəhbəri Ermənistana səfər edəcək
-
Nöqsanlara görə 64 məktəb direktorunun müqaviləsi uzadılmayıb
-
MSK 6 namizədin müraciəti üzrə DSK qərarlarını qüvvədə saxlayıb, 5 məntəqədə nəticələr etibarsız sayılıb - YENİLƏNİB
-
MSK deputatlığa namizəd Vəfa Nağıyevanın 70 saylı Neftçala Seçki Dairəsi üzrə müraciəti ilə bağlı qərar qəbul edib
-
Azərkosmos Nigeriyada ödənişli televiziya yayımı təşkil edəcək
-
AMEA şəhidlərlə bağlı “Vikipediya”da yaradılan məqalələrin silinməsi ilə bağlı açıqlama yayıb
-
“Qərb siyasətinin xristian səlibçiliyi yeni forma alıb”
-
Azərbaycanda benzin və dizel istehsalı artıb - CƏDVƏL
-
MSK 5 namizədin müraciəti üzrə DSK qərarlarını qüvvədə saxlayıb, 4 məntəqədə nəticələr etibarsız sayılıb
-
“Ənənəvi ABŞ siyasəti və təcrübəsi ilə üz-üzəyik”
-
Azərbaycanda səkkiz ayda 1,5 tona yaxın qızıl istehsal edilib
-
İspaniyada Fələstinin müstəqil dövlət kimi tanınması ilə bağlı müzakirə aparılıb
-
“Vaşinqtonun göstərişi ilə Seul və Tokio hədəf oxlarını Azərbaycana qarşı tuşlayıb”
-
“Şvabe də istifadə olunub bir kənara atılacaq”
-
“Bakcell”in stendi “Formula 1” azarkeşlərinin diqqət mərkəzində - FOTO
-
İctimai iaşə dövriyyəsi 9% artıb
-
Bu il 1928 əkiz, 84 üçəm, 4 dördəm doğulub
-
Bu ilin 7 ayında 27 minə yaxın nikah, 12 mindən çox boşanma qeydə alınıb
-
“Şahdəniz” qazının ixracı artıb
-
Azərbaycanda əhalinin sayı açıqlanıb
-
Azərbaycanda informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 13% artıb
-
COP29 çərçivəsində Bakıda mədəniyyət nazirlərinin görüşü keçiriləcək
-
Gəncədə "Nizami klassik musiqidə" adlı gecə təşkil olunub
-
Bakı Metropoliteni: Maliyyə və digər məsələlərin həllindən sonra "Həzi Aslanov" stansiyasında təmirə başlanılacaq
-
Metronun “Həzi Aslanov”-”Dərnəgül” istiqamətində qatarların çoxu yeni olacaq
-
Bakı metrosuna iki yeni qatar gətirilib
-
Azərbaycanda əhalinin gəlirləri 6% dən çox artıb
-
MSK Mustafa Hacılının müraciəti barədə qərar verib
-
“Zelenski cəsarət və müdriklik nümayiş etdirməlidir”-Qüdrət Həsənquliyev
-
“AzerGold” QSC tərəfindən icra edilən layihə uğurla sona çatıb
-
Yarım milyard manatlıq kibercinayətkarlıqla bağlı mütəşəkkil dəstənin məhkəməsi başlayıb
-
Əsirlikdən azad olunan 49 nəfər Ukraynaya qaytarılıb - FOTO
-
“İzləyənlərə əngəl olmalısınız”-serial təhlükəsi
-
Buraxılış imtahanları və Azərbaycan dili imtahanının nəticələri elan olunub
-
ABŞ-da ələ keçirilən 14 tarixi əsər Türkiyəyə qaytarılıb
-
19 terrorçu zərərsizləşdirilib
-
Prezident İlham Əliyev “Vista Equity Partners” şirkətinin təsisçisi və icraçı direktorunu qəbul edib - YENİLƏNİB
-
“Polad Qübbə” dünya mediasında
-
“Azərbaycanın kənd təsərrüfatı və turizm müəsisələrində yaşıl inkişafın təşviqi” layihəsi uğurla davam edir
-
Kreml Ərdoğanın Krımla bağlı mövqeyinə münasibət bildirib
-
“Onlar “qırmızı xətti” keçdilər”- Kim Çen İn
-
Prezident İlham Əliyev “Vista Equity Partners” şirkətinin təsisçisi və icraçı direktorunu qəbul edib
-
Sentyabr ayının ötən günləri ərzində havanın temperaturu normadan yüksək olub
-
Şimali Koreya ilk dəfə uranın zənginləşdirilməsi obyektinin görüntülərini dərc edib
-
Finlandiya Ukraynaya 118 milyon avroluq hərbi yardım paketini elan edib
-
Naxçıvanda artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib - VİDEO