Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
4 İyun 2021 17:56
4 018
Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi bu gün Kəlbəcərdə yaşanmış faciə ilə əlaqədar bəyanat yayıb.
Təşkilatdan verilən məlumata görə, bəyanat beynəlxalq təşkilatlara göndəriləcək.
“İyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda jurnalistlər və onları müşayiət edən mülki şəxslərin olduğu avtobus tank əleyhinə minaya düşüb. Nəticədə ikisi jurnalist olmaqla 3 nəfər həlak oldu və 4 nəfər ağır yaralandı. Bütün beynəlxalq təşkilatlar o, cümlədən də jurnalist təşkilatları bu hadisəyə biganə qalmamalıdırlar. Ermənistan Respublikası işğalda saxladığı müddətdə minaladığı ərazilərin xəritələrini qeyd-şərtsiz Azərbaycana verməlidir”.
Təşkilat xatırlatma edib ki, son 7 ay ərzində 100 milyon kvadrat metr ərazi minalardan təmizlənib və 35 000 ədəd mina zərərsizləşdirilib.
“Lakin təəssüf ki, son 7 ay ərzində mina partlayışları nəticəsində 130 nəfər Azərbaycan vətəndaşı həlak olub və yaralanıb. Xəritələr verilməsə, qurbanların sayı durmadan artacaq. Bütün beynəlxalq təşkilatlar, o cümlədən də jurnalist təşkilatları xəritələrin verilməsini tələb etməlidir”.
11:54
756
11:53
707
08:27
770