Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
9 İyun 2021 16:20
3 619
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) arasında üçtərəfli əməkdaşlıq haqqında memorandum imzalanıb.
Azpromo-dan “APA-Economics”ə verilən məlumata görə, sənəddə Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının yeni bazarlara çıxarılması və təşviqi işlərinin aparılması, Azərbaycan iqtisadiyyatına xarici sərmayə yatırımının genişləndirilməsi məsələləri əksini tapıb.
Tərəflər arasında bu gün baş tutan işgüzar görüşdə USAID-in Azərbaycan üzrə missiyasının direktoru Caydev Sinqx, USACC İdarə Heyətinin sədri Reza Vəziri və Azpromo-nun rəhbəri Yusif Abdullayev iştirak ediblər.
Görüşdə üçtərəfli əməkdaşlığın ABŞ və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb, qarşılıqlı ticarət və investisiya əməkdaşlığının inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
27 Sentyabr 11:54
924
27 Sentyabr 11:53
847
27 Sentyabr 08:27
847