Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
22 İyun 2021 13:31
2 065
İyunun 20-də Qahirə şəhərində Azərbaycan Respublikası və Misir Ərəb Respublikasının Xarici İşlər Nazirlikləri (XİN) arasında məsləhətləşmələrin növbəti raundu keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Trend-ə verilən məlumata görə, məsləhətləşmələrdə Misir tərəfini xarici işlər nazirinin müavini səfir Badr Abdelatti, Azərbaycan tərəfini isə xarici işlər nazirinin müavini Fariz Rzayev təmsil edib.
Görüşdə iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyəti, habelə ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə inkişafı yolları müzakirə olunub. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar.
Azərbaycan tərəfi bölgədə münaqişəsi sonrası mövcud olan vəziyyət, o cümlədən azad olunmuş ərazilərdə bərpa, quruculuq, reinteqrasiya işləri barədə məlumat təqdim edib.
10:20
602
10:18
1 645
11 Sentyabr 19:18
987