“Neft gəlirləri artsa da, manat sabit qalacaq”
17 Mart 19:38
17 Mart 19:38
17 Mart 19:35
17 Mart 18:44
17 Mart 16:32
29 İyun 2021 15:23
3 276
Qarabağın su ehtiyatından səmərəli istifadə etsək, iqtisadiyyatda sıçrayışlı inkişafa nail ola bilərik.
Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
O, Qarabağ ərazisində çox zəngin su ehtiyatlarını olduğunu diqqətə çatdırıb.
"Biz Qarabağı işğaldan azad etməklə, buradakı su ehtiyatlarını da azad etmişik. Ümumi su ehtiyatımızın 20-25 faizi bu ərazilərin payına düşür. Heç də kiçik rəqəm deyil. 2-2,5 milyard kubmetr sudan söhbət gedir. Əlbəttə ki, qiymətləndirmələr davam etdirilir, dəqiqləşdirmələr aparılır. Bu ehtiyatlarımız həm bölgənin, həm də ətraf ərazilərin Bərdə, Yevlax, Goranboy kimi şəhər və rayonlarımızın iqtisadiyyatının gücləndirilməsinə xidmət edəcək. Hansı ki, bu ərazilərdə su ehtiyatı az idi və əkinlər daha çox dəmyə üsulu ilə becərilirdi. İndi bu ərazilər də su ilə təmin ediləcək".
Onun sözlərinə görə, son 30 ildə həmin ərazilərdə demək olar heç bir infrastruktur layihəsi icra edilməyib, ərazilər işğalçılar tərəfindən kortəbii şəkildə istismar olunub:
"Həm torpaqlarımızın, həm də su ehtiyatlarımızın çox böyük potensialı var. Tərtərçay, Həkəri, Bərgüşad, Xaçınçay və təbii ki, Araz çayı həmin ərazidən keçir. Həm çoxsulu çaylarımız, həm də 9 su anbarı və gələcəkdə tikilməsi nəzərdə tutulan anbarlar bölgədə kənd təsərrfatının və digər sahələrin inkişafına təkan olacaq. Bu ehtiyatlardan səmərəli istifadə etsək, iqtisadiyyatda da sıçrayışlı inkişafa nail ola bilərik".
17 Mart 16:33
1 232
17 Mart 16:26
1 267
17 Mart 15:05
1 344