UNOSSC Qlobal Cənub QHT Platforması barədə məlumatları rəsmi saytında yerləşdirib - FOTO
Ukrayna və ABŞ günün sonuna qədər sülhü yaxınlaşdıracaq razılığa gələ bilər
Aİ hibrid və kibertəhdidlərlə mübarizədə Ermənistanı dəstəkləməyə hazırdır
Gültəkin Hacıbəyliyə Türkiyədən deportasiya olunması ilə bağlı qərar təqdim olunub
5 İyul 2021 12:28
3 843
Yücel Yalçınkaya: “Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında olacaq”
“Azərbaycanın iğaldan azad edilən əraziləri həm Azərbaycan, həm də bölgə üçün ciddi iqtisadi perspektivlər açıb”. Bunu Xalqcebhesi.az-a açıqlamasında Anadolu Birləşdirici və Sənayeçi İş Adamları Dərnəyinin qurucusu və rəhbəri Yücel Yalçınkaya deyib. Y.Yalçınkaya diqqətə çatdırıb ki, dünya dövlətlərinin Qarabağa olan iqtisadi marağı anlaşılandır: “Əvvəlcə onu nəzərinizə çatdırım ki, Azərbaycanın qələbəsi bütün türk dünyasının qələbəsidir. Bu nailiyyət Azərbaycanla yanaşı türk dünyasının həm iqtisadi, həm də siyasi anlamda sürətlə yüksəlişi üçün bir dönüş nöqtəsidir. Yaxın gələcəkdə hamımız bu prosesin şahidi olacağıq”.
Y.Yalçınkaya əlavə edib ki, Türkiyə Azərbaycanın qardaşı olaraq həmişə onun yanında olub, bundan sonra da yanında olacaq: “Tarixin heç bir dönəmində Azərbaycanla Türkiyə bir-birinə dövlət olaraq bu qədər yaxın olmayıb. Xalqlarımız həmişə bir birini qucaqlamaq istəyiblər, amma sovet dönəmində və tarixin müxtəlif mərhələlərində ayrı düşmüşük. Amma şükürlər olsun ki, artıq birik və birlikdə yürüməyə davam edəcəyik. Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında olacaq. Qarabağın inşasını birlikdə həyata keçirəcəyik. Yaxın zamanlardan etibarən bütün dünya sürətlə yüksəlişimizə şahidlik edəcək”.
Əli Zülfüqaroğlu
18:16
595
18:00
1 421
16:56
945