“Ermənistan heç bir üsulu istifadə etməkdən çəkinmir”- Turab Rzayev Siyasət

“Ermənistan heç bir üsulu istifadə etməkdən çəkinmir”- Turab Rzayev

“Əlbəttə ki, bu iddialar ciddi araşdırılmalıdır. Ermənistan bizə düşmən dövlətdir və müharibədə heç bir üsulu istifadə etməkdən çəkinmir. Bura ekoloji terror, qadağan olunmuş minaların basdırılması, su hövzələrinə zərərli mineralların və tullantıların axıdılması və s. Aiddir”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında analitik Turab Rzayev deyib. O bildirib ki, biz düşmənin terror hücumlarının, süni daşqın və quraqlıq yaratmasının, əkin yerlərini daim yandırmasının və.s problemlər yaratmasının şahidi olmuşuq: “Ona görə də Ermənistanın Azərbaycan gəncliyini, potensial əsgər və zabitlərimizi, vətən keşikçilərimizi sıradan çıxarmaq üçün hər cür məkrli addım atması tamamilə gözləniləndir.

Düşünürəm ki, bu cür narkotik vasitələrin yayılması dövlət təhlükəsizliyinə təhdid olaraq qəbul edilməli, onların istehsalı, ölkəyə girişi və yayılma kanalları xüsusi nəzarətə götürülməlidir. Hətta düşünürən sintetik narkotiklərə qarşı mübarizə üçün ictimai şuranın yaradılması, bu cür narkotiklərlə mübarizəyə ictimai təşkilatların, geniş ictimaiyyətin cəld edilməsi də mübarizədə yardımçı ola bilər. Cəmiyyətin bütün siniflərinin maaarifləndirilməsini vacib hesab edirəm...”

Əli Zülfüqaroğlu