“Azərbaycanın lokal hərbi əməliyyatlar keçirə bilər”-politoloq Siyasət

“Azərbaycanın lokal hərbi əməliyyatlar keçirə bilər”-politoloq

“Azərbaycan Xarici İşlər Nazirliyi ötən gün Rusiyaya sülhməramlı qüvvələrlə bağlı etirazını bildirdi. Rusiya tərəfi bu etirazdan heç bir nəticə çıxarmadı. Bu gün Şuşa, Füzuli və Xocavənd istiqamətində Qarabgada Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında silahlı erməni qüvvələri Azərbaycanın postlarını atəşə tutub”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, bildirib ki, artıq, Ermənistanla sərhəddə deyil, Qarabağda da silahlı erməni birləşmələri bölmələrimizə qarşı iri çaplı silahlardan istifadə edir: “Bu 10 noyabr Bəyannamənin pozulmasıdır və demək olar ki, müharibənin bitmədiyini Rusiya və Ermənistan gündəliyə çıxarmış oldu.
Qarabağda bu təxribatlar birbaşa Rusiyadan idarə olunur. Azərbaycana ciddi şəkildə təzyiq etmək siyasəti həyata keçirilir. Bir müddətdən sonra, Azərbaycan hərəkətə keçməsə, erməni silahlı qüvvələri hücuma keçə bilər. Rusiya 10 noyabr Bəyannaməsinin 4-cu bəndini yerinə yetirmək əvəzinə, silahlı erməni birləşmələrini təchizatla təmin edərək, vəziyyəti mürəkkəbləşdirəcək.
Azərbaycanın erməni silahlı birləşmələrinə qarşı lokal hərbi əməliyyatlar keçirməsi mümkündür. Azərbaycan maksimum təzyiq edib, 10 noyabr Bəyannaməsinin 4-cu bəndinin yerinə yetirilməsinə çalışacaq. Əgər, bu baş verməsə," Laçın" dəhlizində əməliyyat apara bilər.
Rusiya maksimum şəkildə Qarabağda silahlı ermənilər vasitəsilə Azərbaycana təzyiq etməyə başlayıb. Biz bunu gözləyirdik. Bundan sonra, ermənilərlə əvvəlki kimi atəşkəs oyununu oynamamalıyıq. Prosesləre seyrçi qalacağıqsa, hər hansı danışıqlar yolu ilə ermeni silahlı birləşmələri Qarabağda qalacaqsa, yenidən ciddi böhranla üzləşəcəyik.
Ötən ay Moskvada prezident İlham Əliyev və Vladimir Putinin görüşündən sonra vəziyyətin gərginləşəcəyini qeyd etmişdim. Çünki, Rusiyanın istəklərinə Azərbaycan müsbət cavab vermir”.

Əli