31 Avqust 2021 21:04
3 871
31 avqust 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Nazir Ceyhun Bayramov, İran İslam Respublikasının xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə həmkarını təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Nazir Ceyhun Bayramov, Azərbaycan və İran arasında dərin tarixi köklərə əsaslanan dostluq və əməkdaşlıq münasibətlərinin, geniş spektrli ikitərəfli əməkdaşlıq gündəliyinin mövcudluğunu vurğulayıb və iki ölkə tərəfindən bir sıra layihələrin uğurla icra olunduğunu qeyd edib.
Tərəflər, həmçinin regionda mövcud olan cari vəziyyət və ikitərəfli əməkdaşlığın bəzi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov, iranlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib.
12 Mart 21:33
959
12 Mart 18:48
1 232
12 Mart 17:55
1 176