“İrəvanda səfirə təlimat birbaşa ABŞ-dan verilir”- Məhəmməd Əsədullazadə Siyasət

“İrəvanda səfirə təlimat birbaşa ABŞ-dan verilir”- Məhəmməd Əsədullazadə

“ABŞ Ermənistan siyasətində baxışı bu ölkə ilə Azərbaycan arasında sülh imkanlarına mənfi təsir edir”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O, bildirib ki, ABŞ prezidenti Co Bayden və Dövlət katibi Blinkenin Ermənistanın müstəqilliyi günü münasibətilə ünvanladığı məktubda konkret olaraq Ermənistan Azərbaycan arasında böhranın davam etməsinə, revanşist qüvvələrin maraqlarına xidmət edən bir açıqlama kimi xarakterizə etmək olar: “İlk növbədə ABŞ belə bir ritorikaya getməməli idi. Görünür, Vaşinqton Rusiya sülhməramlı qüvvələrinin Qarabağda mövqelənməsindən rəsmi Bakıya qəzəblidir. ABŞ prezidentinin əsirlərə, bağlı, həmçinin "status" məsələsi və Minsk qrupunun fəaliyyəti ilə bağlı mesajı Cənubi Qafqazda uzun müddətli sülh imkanlarını hədəf alır. Bununla, rəsmi Yerevanın ritorikasının dəyişməsinə gətirib çıxarır. Məhz ötən gün Baş nazir Nikol Paşinyanın iki erməni dövlətindən bəhs etməsi və Qarabağ məsələsini qabartması bunun nəticəsidir.

Qeyd edim ki, ABŞ-ın Ermənistanda səfiri demək olar ki, hər gün "Dağlıq Qarabağ problemini" gündəmə gətirir. Həmçinin "status" məsələsinin vacibliyini qeyd edir. Görünür, İrəvanda səfirə təlimat birbaşa ABŞ-dan verilir. Yoxsa, səfir belə bir açıqlama ilə çıxış edə bilməzdi.

ABŞ bu mövqeyi rəsmi İrəvanın mövqelərinə təsir edəcək və Baş nazir Nikol Paşinyan Azərbaycanla hər hansı bir danışıqlarda Vaşinqtonun gündəmə gətirdiyi təkliflərlə çıxış etməsi mümkündür. Təbii ki, bu halda Azərbaycan danışıqlar aparmayacaq və proses Ermənistanın ziyanına olacaq. ABŞ, Fransanın bütün cəhdlərinə baxmayaraq Azərbaycan Minsk qrupu formatına qayıtmayacaq.

Təbii ki, ABŞ-ın bu siyasəti Ermənistanda mövqelərini möhkəmləndirməyə və regionda təsirinin güclənməsinə hesablanır...”.

Əli Zülfüqaroğlu