“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması ölkəmizin iqtisadi imkanlarını daha da böyüdəcək- Tural İsmayılov Siyasət

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması ölkəmizin iqtisadi imkanlarını daha da böyüdəcək- Tural İsmayılov

“Azərbaycan qalib ölkə kimi yeni iqtisadi və siyasi layihələr reallaşdırır”. Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması Cəbrayıl rayonunun və ümumilikdə respublikanın iqtisadiyyatına yeni güc qatacaq, məşğulluğu yüksəldəcək, kənd təsərrüfatının inkişafına təkan verəcək və yerli istehsalı artıracaq. İranla sərhəddə olan torpaqlarımız təkcə strateji imkanalrına görə deyil, həm də iqtisadi töhfələrinə görə də əhəmiyyətlidir.

Nəzərə almaq lazımdır ki, son on illiklər ərzində ölkə iqtisadiyyatına yatırılan investisiyalar əsasən Bakı şəhərində cəmləşmişdi. Bu da öz növbəsində iqtisadi tarazlığın müəyyən qədər pozulmasına gətirib çıxarırdı. Ona görə də belə bir Parkın yaradıması bu geriliyi əhəmiyyətli dərəcədə aradan qaldıracaq. Bu layihənin gerçəkləşdirilməsi ölkənin ixrac imkanlarını genişləndirməklə idxalın azaldılmasına şərait yaradacaq. Söhbət ilk növbədə qeyri-neft, xüsusilə də qeyri-xammal ixracından gedir. Bu da Azərbaycanın xarici ticarətdə daha uğurlu göstəricilərə nail olması üçün yeni imkanlar açacaq.

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının reallaşdırılması həm də dövlət başçımız tərəfindən həyata keçirilən sosial siyasətin təzahürü kimi dəyərləndirilə bilər”.

Ekspert bildirib ki, bura yeni iş yerlərinin açılması, sosial -humanitar infrastrukturun yaradılması kimi istiqamətləri daxil edə bilərik. Çünki sənayə parkları bir tərəfdən ölkədə alıcılıq qabiliyyətinin genişlənməsinə, digər tərəfdən isə əhalinin geniş təbəqəsinin sosial rifahının yüksəldilməsinə şərait yaradacaq.

Əli