ƏƏSMN şöbə müdiri: Qanuna edilən dəyişiklik atalıq məzuniyyətindən istifadəyə şərait yaradacaq
Azərbaycan və Oman enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər
“Bibiheybət” Gəmi Təmiri Zavodunun işçiləri fəaliyyətdə olan digər zavodlara köçürüləcək
Lavrov: Rusiya və İran prezidentləri şimal-cənub dəhlizinin tikintisini ətraflı izləyirlər
Putin: Kiyev dialoqdan imtina edərsə, Rusiya məqsədlərinə hərbi yolla çatacaq
14 Oktyabr 2021 03:26
3 717
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Vətən müharibəsinin xronikasını təqdim edirik.
- Prezident İlham Əliyev “France 24” televiziya kanalına müsahibə verib.
- Prezident İlham Əliyev Füzuli və Xocavənd rayonlarının bir neçə kəndləri işğaldan azad edilməsi ilə bağlı "twitter"də paylaşım edib: "Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"
- Ermənistan Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisini artilleriya atəşinə tutub.
- Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin 5 ədəd T-72 tankı, 3 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd “Osa-AKM” ZRK, 1 ədəd PDM-2, 1 ədəd KS-19 zenit topu, 2 ədəd D-30 haubitsa topu, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
- Ermənistanın ballistik raket kompleksi dəqiq zərbə ilə sıradan çıxarılıb.
- Ermənilərin Tərtəri atəşə tutması nəticəsində 1 nəfər həlak olub.
- Ermənilər Tərtərdə AZTV-nin əməkdaşlarını atəşə tutdu, xəsarət alan var.
- Erməni təxribatı nəticəsində ölən dinc sakinlərin sayı 43 nəfərə çatıb.
- Düşmənin daha bir PUA-sı məhv edilib. Məhv edilən düşmən raket komplekslərinin start mövqeyinə çıxarılmasının videogörüntüləri yayılıb.
- İşğaldan azad olunan Cəbrayıl şəhərinin videogörüntüsü yayılıb.
11:32
959
11:24
924
16 Dekabr 17:20
1 386