Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
21 Oktyabr 2021 14:29
3 899
“Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəyik. Bu məsələ ilə bağlı qardaşım Prezident İlham Əliyevlə də danışmışıq”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadan qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycana səfəri çərçivəsində Füzuli aeroportu ilə bərabər, bəzi magistral yol və kənd təsərrüfatı ilə bağlı layihələrin açılışında da iştirak edəcək.
Ərdoğan qeyd edib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı Türkiyənin qərarı dəyişməyib.
O, Türkiyənin Azərbaycana minaların zərərsizləşdirilməsi istiqamətində verdiyi dəstəyin davam edəcəyini də vurğulayıb. Ərdoğan, Türkiyənin Azərbaycana minaaxtaran vasitələr göndərdiyini xatırladıb.
Qeyd edək ki, Türkiyə Prezidenti oktyabrın 26-da Azərbaycana birgünlük səfər edəcək.
10:20
777
10:18
1 918
11 Sentyabr 19:18
1 043