Qüdrət Həsənquliyev: “Fransa bölgəyə sülhün gəlməsini əngəlləyir” - YENİLƏNİB Siyasət

Qüdrət Həsənquliyev: “Fransa bölgəyə sülhün gəlməsini əngəlləyir” - YENİLƏNİB

Qüdrət Həsənquliyev: “Azərbaycan bütün mənalarda özünü ifşa etmiş bu ölkənin Minsk Qrupundan kənarlaşdırılmasını tələb etməlidir”

“Fransada hanısasa senator, müxtəlif çinli vəzifəli şəxslər erməni erməni separatçılarını qəbul ediblər. Doğrusu, o qədər də təəccüblənmədim. Çünki Fransa türk, müsəlman ölkələrinə qarşı həmişə yürütdüyü riyakar siyasəti ilə fərqlənib”. Bu fikirləri Milli Məclisin plenar iclasında çıxışı zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi partyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev səsləndirib. Millət vəkili əlavə edib ki, bu ölkədən soruşmaq lazımdır ki, Donbasdakı, Dnestryanıdakı, Abxaziyadakı, Cənubi Osetiyadakı separtçıları niyə Parisə dəvət edib, görüşlər keçirmirsiniz: “Avstraliya razılaşmadan imtina edib bu ölkədən sualtı gəmilər almayanda Fransa rəsmiləri deyir, mətbuatı yazırdı ki, bu Fransanın qururuna toxumaqdır, ləyaqətsiz davranışdır. Yaxşı, gəlin bunlardan soruşaq, Minsk Qrupunun üzvü kimi, vasitəçi olub, işğalçı dövləti açıq müdafiə edib, separatizmə dəstək olmağın adı nədir? Ləyaqət davası edən ölkə bu cür ləyaqətsiz davranışı özünə necə sığışdırır? Yoxa düşünürlər ki, yalnız onların qüruru var? Görünən odur ki, bu ölkədə təkcə texnologiya mənəvi baxımdan aşınmayıb. 44 günlük savaşda minlərlə gəncin tökülən qanına görə Fransa da məsuliyyət daşıyır. Məhz onların riyakar və məsuliyyətsiz siyasəti müharibəni qaçılmaz etdi. İndi bəlli olur ki, onlar qandan doymayıblar. Amma unudurlar ki, qana susayanlar bir gün qanda boğulacaqlar. Fransa bu hərəkəti ilə bölgəyə sülhün gəlməsini əngəlləyir. Ona görə də Azərbaycan bütün mənalarda özünü ifşa etmiş bu ölkənin Minsk Qrupundan kənarlaşdırılmasını tələb etməli, Minsk Qrupunun canlandırılmasına imkan verməməlidir. Yeri gəlmişkən, onu da qeyd etməliyəm ki, bu ölkənin Azərbaycana qarşı yürütdüyü əxlaqdan və qanundan kənar siyasət bununla bitmir. Makron bir qrup özükimiləri Fransaya yığıb, onlara Azərbaycan dövlət, hakimiyyət orqanlarında təmsil ounanları, onların ailə üzvlərini təhqir elətdirir. Ən azından bunun qarşısını almır. Amma Allah böyükdür. O, ilahi ədaləti Fransa vətəndaşı onun sifətinə sillə çəkib yürütdüyü siyasətin bəhrəsini ona dadızdıranda həyata keçirir. Mən hər cür təhqirin və zorakılığın əleyhinəyəm. Sadəcə, baş verənlərin Fransanın yürütdüyü siyasətin nəticəsi olduğunu xatırladıram. Erməni diasporasının çirkli pulları ilə bəslənən, müsəlmanlara, türklərə nifrət edən bu ölkənin rəsmilərinin mütləq çoxluğunun Azərbaycana münasibəti heç vaxt dəyişməyəcək. Ona görə, hesab edirəm ki, Azərbaycan bütün sahələrdə Fransa ilə münasibətlərinə yenidən baxmalıdır”.

Əli