Sərkisyan həlledici məqamlarda qaçmağa üstünlük verib – Şərh Siyasət

Sərkisyan həlledici məqamlarda qaçmağa üstünlük verib – Şərh

Armen Sərkisyanın istefa ərizəsində yer alan bütün iddialar öz qorxaqlığına “cəsarət donu” biçməkdən başqa bir şey deyil. Armen Sərkisyan tarixi şəraitin verdiyi şans müqabilində hakimiyyətin müxtəlif pillələrində təmsil olunmaq imkanı qazanan “siyasi impotent” xarakterli bir obrazdır. Belələri çox şey istəyir, amma bacarmırlar. Keçmiş prezident, müharibə canisi Serj Sarkisyan da, onun məhz bu “keyfiyyətlərini” nəzərə alaraq, formal prezident kürsüsünə oturtmuşdu. Çünki Armen Sərkisyanın Ter-Petrosyan vasitəsilə baş nazir kürsüsünə otuzdurulduğunu, qısa bir müddətdən sonra, həm də ölkədən xaricdə olarkən istefaya getdiyini, yerini başqa bir müharibə canisinə - Robert Köçəryana ötürdüyünü bilirdi. Armen Sərkisyan bütün həlledici məqamlarda qaçmağa üstünlük verib. Bu xarakter cizgisi özünün Sərkisyanın müxtəlif ölkələrdə səfir vəzifəsini yerinə yetirərkən atdığı addımlarda da özünü göstərib. İndiki halda, söhbət istefadan yox, Armen Sarkisyanın xarakterinə və tərcümeyi-halına uyğun olaraq, qaçıb aradan çıxmasından söhbət gedə bilər. Bunun da şübhəsiz ki, öz səbəbləri var. Çünki Ermənistan 44 günlük müharibənin yaratdığı reallıqlara uyğun olaraq, yeni bir mərhələyə qədəm qoyur və qarşıdakı zaman kəsiyində rəsmi İrəvan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məhkumdur.
Armen Sərkisyanla bağlı ən maraqlı məqamlardan biri, onun Qazaxıstanda müxtəlif vəzifələrdə çalışmış, o cümlədən, nazir, baş nazir, dövlət katibi, prezident adminstrasiyasının rəhbəri olmuş, Kazaxıstanda baş verən olayların epitsentri Alma-Ata şəhərinin akimi Bakıtjan Saqintayevlə münasibətləridir. Məhz bu münasibətlər sayəsində Qazaxıstanda transmilli “Inalca Eurasia” şirkətinin törəmə müəssisəsi “Inalca Eurasia Kazakhstan” açılıb, bu ölkəyə ət və ət məhsullarının istehsalı üçün 100 milyon avro investisiya yatırılıb. Qeyd edim ki, Armen Sarkisyan “İanlaca Eurasia”nın direktorlar şurasının sədri olanda Bakıtjan Saqintayev Qazaxıstanın baş naziri idi.
Armen Sarkisyanın biznes imperiyası Qazaxıstanla yanaşı Avstriya, İtaliya, Böyük Britaniya, Rusiya və digər ölkələri əhatə edir. Şəbəkəyə birbaşa rəhbərliyi sabiq prezidentin oğlu Ayk Sarkisyan həyata keçirir. Arnen Sarkisyanla bağlı sadaladığım və vaxt aparacağı üçüb sadalamadığım çoxsaylı faktları nəzərə alaraq, Ermənistan prezidentinin istefasının onun biznes maraqları ilə bağlı olduğunu düşünürəm.

Elçin Mirzəbəyli