
"Bu informasiya yalnışlığı yox, ATƏT-in Minsk qrupunun, o cümlədən ABŞ-in Qarabağ münaqişəsi ilə siyasi həyasızlığının növbəti formasıdır"
"İşğal altında olan Azərbaycan ərazilərinin etnik, siyasi coğrafiyasını ötən 23 il ərzində doğru-dürüst şəkildə öyrənə bilməyən Minsk qrupunun həmsədrlik institutu görəsən hansı üzlə Azərbaycan ictimaiyyətinin qarşısına çıxır, ona sülh mesajları verir?"
Bunu Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Abşeron rayonunun Masazır qəsəbəsində Zəngilandan olan məcburi köçkünlərlə görüşündə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. O qeyd edib ki, işğala məruz qalan, yüzminlərlə vətəndaşı məcburi köçkün olan ölkə və onun xalqı ilə bağlı bu cür kobud təhrif olunmuş məlumatlara söykənən bəyanatlar vermək düzgün deyil:
"Münaqişənin ədalətli həlli ilə bağlı üzərlərinə götürdükləri missiyanı tapdaladıqlarının fərqindədirlərmi? Bu informasiya yalnışlığı yox, ATƏT-in Minsk qrupunun, o cümlədən ABŞ-in Qarabağ münaqişəsi ilə siyasi həyasızlığının növbəti formasıdır.
Milli QHT-lərimiz çox yaxşı olardı ki, cənab Urolikin elktron poçt ünvanına qısa məktub yazaraq ermənilərin Zəngilanda işğaldan öncə yaşamadığını, onun bu cür saxta məlumatları tirajlamaqla bir daha Ermənistanın xeyrinə tərəfkeşlik etdiyini bildirsinlər və buna kəskin etiraz etsinlər".
Qeyd edək ki, Ceyms Uorlikin Abşeron rayonunun Masazır qəsəbəsində Zəngilandan olan məcburi köçkünlərlə görüşündə bildirib:
"Biz ümid edirik ki, Zəngilandan olan insanlar doğma yurd-yuvalarına qayıda və ermənilərlə birgə yaşaya biləcəklər".