“Mehriban xanım Əliyevanın birinci vitse-prezident kimi fəaliyyəti ciddi uğurlarla yadda qalıb”-Aydın Hüseynov Siyasət

“Mehriban xanım Əliyevanın birinci vitse-prezident kimi fəaliyyəti ciddi uğurlarla yadda qalıb”-Aydın Hüseynov

“Azərbaycanın siyasi sistemində yeni olan vitse-prezidentlik institutunun yaradılması idarəetmənin səmərəliliyinin və çevikliyinin artmasına şərait yaratdı”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib. Millət vəkili bildirib ki, Mehriban xanım Əliyevanın birinci vitse-prezident kimi fəaliyyəti ciddi uğurlarla yadda qalıb: “Xatırladım ki, Birinci vitse-prezidentlik institutu 2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü əsasında Konstitusiya islahatları ilə bağlı keçirilən referendumunun nəticələrinə görə yaradılıb. Təbii ki, müasirləşən dünyada yeni yanaşmalar və islahatlar qaçılmazdır. Prezident İlham Əliyev müasir dünyanın çağırışlarını dərindən bilir. Dövlət idarəçilik sistemində islahatların aparılması, yeni təsisatın yaradılması da məhz dövlət başçısının bu istiqamətdə atdığı addımların nəticəsidir. Bu institunun nə qədər vacib əhəmiyyət daşıdığını görmək üçün ötən dövr ərzində görülmüş işlərə, göstərilən fəaliyyətə nəzər yetirmək kifayətdir. Əldə olunmuş müsbət nəticələri nəzərə alaraq, əminliklə qeyd edə bilərik ki, Birinci vitse-prezidentlik institutu idarəetmənin səmərəlilik və çevikliyini artırıb. Birinci vitse-prezidentlik institutunun təsis olunması demokratik dəyişikliklərə hüquqi əsaslar yaradılmasını özündə ehtiva edən siyasi islahatların tərkib hissəsidir”.
Millət vəkili əlavə edib ki, Mehriban xanım Əliyeva Birnci vitse-prezident kimi çoxsaylı xarici səfərlər edib, onun fəaliyəti Azərbaycan dövlətinin nüfuzunun dünyada yüksəlməsinə səbəb olub: “Artıq dövlətçiliyimizdə yeni mərhələ başlayıb və bu mərhələnin uğurla davam etdirilməsində Birnci vitse-prezidentin fəaliyyəti xüsusi önəm daşıyır. Mehriban xanım Əliyeva dövlətlərarası əlaqələrin inkişafında siyasi, mədəni və iqtisadi münasibətlərin formalaşmasında çox ciddi rol oynayır. Onun birinci vitse-prezident kimi xarici səfərlərinə, səfərlər zamanı imzalanan sənədlərin əhatə dairəsinə baxsaq bunun bir daha şahidi olarıq. Hesab edirəm ki, Birinci vitse-prezidentin dünyanın müxtəlif ölkələrində dövlət başçıları, yüksək ranqlı hökumərt üzvləri, parlament rəhbərləri ilə görüşü bu institutun Azərbaycanın xarici siyasətində mühüm uğurları ilə nəticələnir. Bütün bunlar isə Azərbaycanın həm daxildə, həm də xaricdə çevik siyasət yürütməsini şərtləndirir”.