“Ermənistanın üzləşdiyi bütün problemlərdən xilas yolu Azərbaycanla sülhdən keçir” Layihə

“Ermənistanın üzləşdiyi bütün problemlərdən xilas yolu Azərbaycanla sülhdən keçir”

Mürtəza Bünyadlı: “İrəvan Bakı ilə sülh sazişi imzalamayacağı halda hansısa gücə arxalanmasının heç bir əhəmiyyəti yoxdur”

“2023-cü ili Azərbaycan üçün ancaq və ancaq qələbələr və zəfərlər ili kimi xarakteriə etmək olar. Belə ki, 44 günlük müharibə nəticəsində sonra Azərbaycan ordusu tarixi qələbəyə imza ataraq düşməni ağır məğlub iyyətə uğradaraq kapitulyasiyaya məcbur etmşidi. 44 günlük müharibədən sonra hərbi əməliyyatlar dayansa da, müharibə bitməmişdi. Qarabağda separatçı rejimin tör-töküntüləri qalmaqda davam edirdi və onlar Azərbaycanın birgəyaşayışla bağlı şərtlərini nəinki qəbul etmək istəmirdilər, hətta müqavimət göstərməyə çalışırdılar”. Bunu “Xalq Cəbhəsi”nə müsahibəsində siyasi şərhçi Mürtəza Bünyadlı deyib. Onun sözlərinə görə, digər tərəfdən isə 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatın bəndləri kobud surətdə pozulurdu: “Bakının bölgədə dayanıqlı sülhlə bağlı təşəbbüsləri isə nə Ermənistsan, nə Qarabağdakı separatçı rejim, nə də bəyanatın bəndlərinin icrasına məsul olan Rusiya sülhün əldə olunması ilə bağlı üzərlərinə düşən öhdəliyini yerinə yetirib konkret addım atmaq istəmirdilər. Rəsmi Bakının dəfələrlə xəbərdarlıq emtəsinə baxmayaraq, qarşı tərəf bunu gözardına vurmağa çalışırdı. Amma, Azərbaycanın da səbri tükənməz deyildi. Azərbaycan tərəfi onu da dəfələrlə bəyan etdi ki, 44 günlük müharibədə olduğu kimi “Dəmir yumruq” yerindədir. Əgər qarşı tərəf danışıqlar yolu ilə təklifi qəbul etməyəcəksə, o zaman sözü yenə “Dəmir yumruq” deyəcək. Və elə də oldu. 2023-cü ilin sentyabrın 19-da Azərbaycan lokal antiterror tədbriləri ilə nəinki öz suveren hüquqlaırnı bərpa etdi, eyni zamanda 100 illik Qarabağ kimi dünyada geosiyasi cəhətdən ən mürəkkəb bir münaqişəyə tamamilə son vermis oldu. Xankəndində, Xocalıda, Xocavənddə, Ağdərədə Azərbaycan bayrağı dalğalandı. Bu, əhəmiyyətinə görə, 44 günlük müharibədən sonra Azərbaycan tarixində çox möhtəşəm qələbə idi”.

Ekspert əlavə edib ki, ümumiyyətlə 2023-cü ildə qələbələr bir-birinin ardınca Azərbaycanı təqib edib: “Cənab Prezidentin yürütdüyü uğurlu xarici siyasət nəticəsində 2024-cü ildə COP29-un sessiyasının Bakıda keçirilməsi barədə qərar qəbul edilib. Bu diplomatiya sahəsində çox böyük uğurudur. Çoxlu belə faktlar sadalamaq olar.

Ən mühüm cəhət isə Ermənistan tərəfini Azərbaycanın şərtləri daxilində sülh sazişinin imzalanması istiqamətində küncə dirəməsidir. Bu gün İrəvan əvvəlki ənənəsinə sadiq qalaraq sülh prosesində manipulyasiya etməyə çalışır.

Düzdür, İrəvanın bu manpulyativ cəhdləri havadarlarının ona verdiyi dəstəyin nəticəsidir. Amma Ermənistan və onun havadarları unudur ki, reallıq tamamilə dəyişib. 2023-cü il 20 sentyabrdan sonra Azərbaycan bölgədə tamamilə geriyədönməz xaratkter alan yeni reallıq yaradıb. Vaxt itkisi isə Ermənistanın ziyanına işləyir. Əksinə İrəvanın bölgədənkənar güclərə arxalanaraq, onları təhlükəsziliyin təmin olunması adı altında bölgəyə cəlb etməsi ilk növbədə dayanıqlı sülhün əldə olunmasına əngəl yaradır. Bununla Ermənistan maraqlı güclərin toqquşma məkanına çevrilir. İkincisi, bu, Ermənistanın milli maraqlarına cavab vermir. Çünki maraqlı güclərin toqquşmasından qazanan tərəf Ermənistan olmayacaq. Hər zaman olduğu kimi yenə də itirən tərəf ermənilər olacaq. Əgər Ermənistan sülh istəyirsə, o zaman Azərbaycanın şərtləri çərçivəsində sülh sazişi imzalamlıdır. Onsuz da son nəticədə bu belə olacaq. Lakin bir daha qeyd edirəm ki, bu vaxt itkisidir və itirən tərəf də Ermənistandır”.

M.Bünyadlı bildirib ki, Ermənistanın üzləşdiyi bütün problemlərdən xilasın yolu Azərbaycanla sülhdən keçir: “Nə qədər ki, İrəvan Bakı ilə sülh sazişi imzalamayıb, hansı gücə arxalanır arxalansın, bunun heç bir əhəmiyyəti yoxdur. Bir faktə qeyd edim… Bu gün Ermənistanın şimal istiqamətə yolu Gürcüstan üzərindən Lars yolu vasitəsi ilə Rusiyaya, Ukraynaya, Belarusa, Qazaxıstana və digər ölkələrə çıxır. Lars yolu isə hava şəraitinə görə, ilin çox vaxtı bağlı olur. Digər bir fakt Ermənistan-İran əlaqələri ilə bağlıdır. Ermənistandan İrana gedən Qafan-Gorus yolu da sərt hava şəraitində işlək olmur. Amma Azərbaycanla sülh imzalanarsa, o zaman Ermənistanın ilin istənilən zamanı, hava şəraitindən asılı olmayaraq Azərbaycanın logistik imkanlarından istifadə etməklə istədiyi ölkəyə rahat çıxışı mümkün olacaq -həm Şərq, həm Şimal, həm Cənub, həm də Türkiyə üzərindən Qərbə

Bir sözlə Ermənistanı nicatı nə Qərb, nə Rusiya, nə də İrandır. Ermənistanın nicatı Azərbaycan və Türkiyədədir. Bu bir aksiomadır və bunun başqa yolu yoxdur. Ermənistan tərəfi bunu nə qədər tez anlasa yaxşı olar və bu prossdən uduşlu çıxar.

Burada digrə bir məqamı da qeyd etmək istərdim ki, İrəvan Bakı və Ankara ilə normal qonşuluq münasibətləri qurarsa, elə Azərbaycanla Türkiyə Ermənistanın təhlükəsziliyinin ən etibarlı təminatçısı olar. İrəvan yenə də öz əvvəlki ampulasından çıxış etməkdə davam edəcəksə, hansı güc olur olsun onu xilas edə bilməyəcək”.

Onun sözlərinə görə, Ermənistan onu da anlamalıdır ki, onu üzlədiyi bu durumdan bu gün arxlandığı nə ABŞ, nə də Fransa xilas edə bilməyəcək: “Bunun üçün Ermənistanın qonşu Gürcüstanda Mixail Saakaşvilinin, Ukraynada Vladimir Zelenskinin yaşadığı acı taleyə diqqət yetirməsi kifayətdir. Əgər Ermənistan “gözü çıxan qardaşının” acı taleyindən nəticə çıxarmasa, onu da ondan betər aqibət gözləyir. Nəinki mövcud Paşinyan hakimiyyətini, ümumiyyətlə erməni xalqını və erməni dövlətçiliyini. Yanlış yoldan dönməzlərsə, o zaman nəinki erməni dövlətçiliyinin məhv olma ehtimalı önə çıxacaq, hətta ermənilərin özlərinin bu coğrafiyada varlığı ciddi təhlükə altında qalacaq.

Ermənistanın Avrasiya İqtisadi İttifaqının və KTMT-nin toplantılarında iştirakına gəldikdə isə onu demək olar ki, onlar nə qədər Qərbə meyllənsə də Rusiyadan gözlənilən ciddi təhlükənin fərqindədirlər: “Bilirlər ki, Kremldən sürətli uzaqlaşma ciddi fəsadlarla müşahidə oluna bilər. Çünki bu gün istər Ermənistanın təhlükəsizliyinin təmin olunması, istərsə də iqtisadi cəhətdən Rusiyadan asılı vəziyyətdədir. Bu gün hələ də Ermənistanın strateji iqtisadi müəssisələri, qurumları ya Rusiyaya məxsusdur və idarəçilik, yaxud nəzarət onlardadır.

Ermənistanın Türkiyə və İranla sərhədini hələ də rus əsgəri qoruyur. Hava hücumundan müdafiə sistemi və sərhələr Rusiyanın nəzarətindədir. Baxmayaraq ki, bu gün Rusiyanın başı Ukraynaya qarışıb və diqqəti ora yönəlib. Digər tərəfdən Ermənistanın əsas ixrac bazarı Rusiyadır. Ermənistanda çoxsaylı insanlar Rusiyada çalışır. Bir sözlə Ermənistan iqtisadi cəhətdən Rusiyadan asılı vəziyyətdədir və istədiyi vaxt bu təsir imkanlarından istifadə etməklə İrəvanı diz çökdürə bilər”.

M.Bünyadlı onu da bildirib ki, bu gün Türkiyə nəinki Cənubi Qafqazda, bütövlükdə Yaxən Şərqdə, Qafqazda, Mərkəzi Asiyada ciddi rol oynayan ölkədir: “Artıq onunla bütün böyük güclər hesablaşır. Ankara Cənubi Qafqazın təhlükəszilinin əsas təminatçılaırndan birinə çevrilib.

Təbii ki, Türkiyənin bölgdə rolunun artması bəzi gücləri ciddi narahat etməkdədir. Bu məqəslədə Qərbin də, Rusiyanın və İranın da maraqları üst-üstə düşür. Onlar hər vasitə ilə Türkiyənin bölgədə rolunun armatısının qarşısını almağa çalışırlar. Onlar hansısa formada bunu ləngidə bilərlər, lakin bunun qarşısını almaq qeyrei-mümkündür. Çünki Türkiyəsiz Avrasiya coğrafiyasında dayanıqlı sabitliyin təmin edilməsi qeyri-mümkündür. Bunu bütün güclər bilir və qəbul edirlər. Sadəcə çalışırlar ki, bacardıqca buna mane olsunlar. Amma bunun qarşısını almaq qeyri-mümükün olacaq. Çünki Türkiyənin rolunun artması qarşısıalınmaz bir prosesə çevrilməkdədir. Artıq Türkiyə qlobal bir oyunçuya çevrilməkdədir. Türkiyənin qlobal oyunçuya çevrilməsində Azərbaycan da müstəsna rol oynayır”.

Əli