KİV və uşaqlar Layihə

KİV və uşaqlar

Media nümayəndələri bu sahəyə çox həssas yanaşmalıdırlar

Jurnalistlər cəmiyyətin gözü, qulağı və səsidirlər. Jurnalistlər, fotoqraflar və proqram tərtibatçıları tez-tez uşaqların özlərindən asılı olmayan hadisələr zamanı tutulmaları və ya onların böyüklər tərəfindən təhqirə və ya istismara məruz qalmaları halları ilə rastlaşırlar. Lakin bu da vacibdir ki, KİV mütəxəssisləri "uşaq amilini" məlumatlarda həmişə şərti olaraq əks etdirsinlər.
Birincisi və ən başlıcası, asılı və asanlıqla istismar və ya sui-istifadə oluna bilməsinə baxmayaraq, uşaqlara hörmət edilməlidir. KİV-lər uşaqları "günahsız məxluq" kimi təsvir etməkdənsə, uşaqlara danışmaq imkanı verməklə - onların özləri haqda, ümidləri, təhlükələri, nailiyyətləri, böyüklərin onlara qarşı münasibətləri, davranışları haqda danışmaqları ilə, ictimaiyyətə uşaq hüquqları barədə daha çox məqamları çatdıra bilərlər. KİV-lər uşaqların hüquqlarının pozulma hallarına və cəmiyyətin onlara münasibətinə biganə qalmamalıdırlar.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyası hökumət və əlaqədar qurumların bütün uşaqların hüquqlarını müdafiə etmək sahəsində görəcəyi tədbirləri müəyyən edib.
Konvensiya 1989-cu il 20 noyabrda Baş Assambleya tərəfindən yekdilliklə qəbul edilmiş və Somali və Amerika Birləşmiş Ştatlarından başqa dünyanın bütün hökumətləri tərəfindən ratifikasiya olunub. Ratifikasiyaya əsasən, hökumətlər öhdəlik götürürlər ki, uşaqlar təhlükəsiz və təminatlı şəraitdə böyüyə və inkişaf edə, yüksək keyfiyyətli təhsil və səhiyyə xidməti ala və yaxşı həyat şəraitində yaşaya bilər.
Bu o deməkdir ki, hökumətlər uşaqları diskriminasiyadan, seksual və kommersiya istismarı və qanun pozuntusundan qorumağa, yetim uşaqlara və gənc qaçqınlara xüsusi qayğı göstərməyə razılaşırlar. Bu, həm də uşaqların aşağıdakı hüquqlarını təsbit edir:
- Fikrini ifadə etmək, xüsusilə də onlara təsir edən qərarlar haqqında öz fikirlərini bildirmək;
- Fikir azadlığı, söz azadlığı, vicdan və din azadlığı;
- Şəxsi həyat və oynamaq hüququ;
- Öz klub və təşkilatlarını yaratmaq hüququ;
- Məlumata əlyetərlilik - xüsusilə də, dövlət və KİV tərəfindən verilən məlumatlara;
- İdeya və məlumatların onlara məlum edilməsi.
Konvensiya hökumətlər tərəfindən uşaqların həyat səviyyəsinin yaxşılaşması istiqamətində görülən tədbirləri ölçmək məqsədi ilə meyarlar müəyyün edib. Beş ildən bir hökumətlər BMT-nin Uşaq Hüquqları Komitəsinə hesabat verməlidir. Komitə təkmilləşdirmək üçün təklifləri verməzdən öncə, əldə edilən nəticələri nəzərdən keçirir, hökumət nümayəndələri ilə görüşür və qeyri-hökumət təşkilatlarının (QHT) rəyini öyrənir.

Uşaqlar və KİV

Konvensiya ilə bağlı fəaliyyətləri, nailiyyət və uğursuzluqları araşdırmaq üçün KİV-lərə yaxşı mühit yaradılıb. Jurnalistlər üçün:
- Məktəblərə və gənclər klublarına gedin, onlara öz işiniz barəsində danışın, onları dinləyin. Onlar jurnalistlər üçün yaxşı material ola bilərlər, maraqlı və yeni hekayətlər danışa bilərlər, çünki onlar hər bir şeyi böyüklərdən daha fərqli görürlər və ətrafda olan hadisələr onlara müxtəlif formada təsir edir. Məsələn, təhsil, oynamaq və sair. Cəmiyyəti daha çox təmsil edən uşaq qrupları ilə söhbət edin.
- Uşaq məsələləri iə məşğul olan nazirliklərin və ya Uşaq Ombudsmanının (əgər varsa) fəaliyyəti ilə maraqlanın. Uşaqlar onların fəaliyyətindən razıdırlarmı? Uşaqlarla məşğul olan QHT-lərlə əlaqə saxlayın - onlar da sizin uşaqlarla əlaqənizi yarada bilər və maraqlı əhvalatlar əldə edə bilərsiniz. Amma bir məqamı yadda saxlamaq lazımdır ki, hər bir təşkilatın öz proqramı var.
Başqa bir məqamı da yadda saxlamağa dəyər ki, uşaqlar KİV vasitəsilə təmsil olunduqları formadan razı deyillər:
- zarafat hədəfi kimi olmaq, sirk heyvanı kimi təsvir edilmək və ya hər şeyə biganə kimi göstərilmək.
- böyüklərin onları bir "əşya" kimi əzizləmələri,
- uşaqlar hər hansı bir mövzu haqqında bildikldəri halda, böyüklərin izahı və ya onların sözlərini kəsmələri.
KİV əməkdaşları uşaq hüquqlarına hörmət etməlidirlər və araşdırmalıdırlar ki, bu hüquqlar necə fəaliyyət göstərir. İşlərinizi bu istiqamətdə qurursunuzmu?
- Uşaqlara əvvəlcədən hazırladığınız şablon metodla yanaşırsınızmı və onlardan gözlədiyiniz cavabı istəyirsinizmi? Uşaqların dediklərini təhlil edirsinizmi? Sizin yazılarınızda onlar özlərini tanıya bilirlərmi və ya onların dedikləri böyüklərin dili ilə ifadə edilmişdir?
- Uşaqlarla müsahibə aparan zaman aşağıdakılara əməl etin:
- əminsinizmi ki, uşaqlar özlərini rahat hiss edirlər və məcburiyyət qarşısında deyillər,
- onlara kifayət qədər vaxt verirsinizmi?
- adlarını çəkmək üçün onların razılığını alırsınızmı, yoxsa onun imicini yaradırsınız?
- əlaqə vasitələrinizi onlara verin ki, sonra lazım olmayan əşyaları geri qaytarmaq mümkün olsun.
- uşağın adının və ya imicinin istifadə edilməsinin riski barəsində uşaqla, valideyni və ya qəyyumu ilə müzakirə aparıbsınızmı?
Təhsil işləri ilə məşğul olan mütəxəssislər uşaqlar arasında jurnalistlik bacarığının olmasına üstünlük verirlər, bu vasitə ilə onlar hər gün özlərini tənqid atəşinə tuta bilərlər. Bəzi ölkələrdə gənc jurnalistlər üçün klublar mövcuddur və onlar KİV-lərə yeni jurnalistlərin seçilməsi üçün faydalı mənbədir. Uşaqlar yazmağa nə qədər erkən başlayarlarsa, bir o qədər də peşəkar olarlar. Uşaqların KİV-ə cəlb olunmasında ehtiyatlı olmaq lazımdır, çünki hər kəs gördüyü işi bilməlidir.
Əgər sizin müssisə ciddi şəkildə uşaqları KİV-ə cəlb etmək fikrindədirsə, bu halda yaxşı olar ki, bir nəfər mütəxəssis məsləhətçi, müxbir və ya əlaqədar şəxs təyin edilsin və uşaqlara əsas qaydaları başa salsın. Bura təhlükəsiz iş təcrübəsi, monitorinq sistemi, "gənc jurnalistlərin" işlə tanış edilməsi daxil edilməlidir.
- Əgər uşaqlar iş yerlərinə gedəcəklərsə bunun üçün mütləq valideynlərin və ya qəyyumlarının razılığını almaq zəruridir. Bundan əlavə, onlar üçün lazımi şərait, ilk yardım, istirahət saatı, yüngül yemək, evə gedib-gəlməsi üçün təhlükəsiz nəqliyyat təşkil edilməlidir. Əsas jurnalistlik qaydaları ilə tanış olandan sonra, uşaqlara mövzu seçmək imkanı vermək lazımdır.
- Sizin və ya təşkilatınızın, sizinlə işləyən uşaqları onlara ziyan gətirə biləcək təhlükəli hallardan qorumaq üçün təlimatlar və ya monitorinq sistemi mövcuddurmu? Siz buna hər iki aspektdən - həm fiziki, həm də psixoloji cəhətdən baxırsınızmı?
- Əminsinizmi ki, təşkilatınız uşağı kommersiya məqsədi ilə istismar etmir?
- Uşağa nəyi etmək və ya etməmək məsələləri üzrə kifayət qədər təlim keçilirmi? Onlar KİV qaydaları ilə tanış ediliblərmi? Onlar üçün məsləhətçi təyin edilibmi?
- Uşaqlar redaktor nəzarəti haqqında bilirlərmi? Anlaşılmazlıqları aradan götürmək və ya onların qarşısını almaq məqsədilə qaydalar və təlimatlar hazırlanıbmı?
- Nəzarətçilər uşaqların nəyə qadir olduqlarını dəqiq bilirlərmi və növbəti addım kimi nə etməlidirlər? Bunlar ona görə vacibdir ki, gələcəkdə onların gümanları yanlış çıxmasın. Uşaqların çatışan və çatışmayan cəhətlərini müəyyən etmək məqsədilə hər hansı bir qiymətləndirmə sistemi mövcuddurmu? Onların nə düşündükləri haqda onlardan nə isə soruşulurmu? Nəhayət oxucuların onlar haqqında fikirləri ilə tanışdırlarmı?

Təlimat və rəhbər prinsiplər

Bütün jurnalistlər və KİV-lər ən yüksək etik və peşəkar standarta əməl etməlidirlər və ictimaiyyət arasinda, uşaq hüquqlari konvensiyasi haqqında məlumatı və onun müstəqil jurnalistlər üçün mənasını geniş şəkildə yaymalıdırlar.
KİV təşkilatları uşaq hüquqları pozuntusunu və uşaqların təhlükəsizliyi, məxfiliyi, onlarin təhsili, sağlamliğı və sosial təminat və başqa formada istismari məsələsini ən zəruri sual kimi nəzərdə saxlamalıdırlar.
Jurnalistlik fəaliyyəti həmişə uşaqların həyati və sosial təminati məsələlərinə, uşaqların əziyyətli vəziyyətlərinə toxunmalıdırlar.
Jurnalistlər və KİV təşkilatları uşaq məsələlərinə aid yazılarında yüksək etik standartlara əməl etməli, xüsusilə aşağıdakılara fikir verməlidirlər:
- uşaqlara aid məqalələrdə, yazılarda məlumatların yüksək səviyyədə səliqəli və düzgünlüyünə əməl etmək;
- KİV-də uşaqlara aid veriliş və ya proqramlarda, yazılarda, uşaqlara ziyan gətirən imic və ya məlumatların verilməsinin qarşısını almaq;
- uşaqlara aid proqramlarda stereotip və sensasiyalı materialların qarşısını almaq;
- uşaqlar haqqında hər hansı materialı hazırlayarkən onun nəticəsinin uşaqlara edəcəyi mənfi təsiri minimuma endirmək;
- mümkün olan hallarda öz fikirlərini bildirmək üçün uşaqlara KİV-də yer ayırmaq;
- uşaq tərəfindən verilən məlumatın, uşağı heç bir təhlükə qarşısında qoymamaq şərtilə, müstəqil yoxlanışını təmin etmək;
- şəkillərin əldə edilməsində ədalətli metoddan istifadə etmək və bu şəkillərdən uşağın özünün, valideyninin, qəyyumunun və ya qayğısına qalan şəxsin razılığı ilə istifadə etmək;
- uşaqların maraqlarını təmsil edən təşkilatın uşaqlar haqqında danışmaq mandatı olmasını yoxlamaq;
- uşağın birbaşa maraqlarına aid olmayan hallarda, uşağın özünə, valideynlərinə və ya qəyyumlarına ödənişlər etməmək.
Jurnalistlər öz ölkələrində BMT-nin uşaq hüquqları Konvensiyasi haqqında hökumətin hesabat və tələblərini diqqət mərkəzində saxlamalıdırlar. KİV-lər yalnız uşaqların həyat şəraiti haqqında deyil, onların həyatının yaxşılaşmasına həsr edilən davamlı tədbirlərdən yazmalıdırlar.

Cavid