Bəşər Əsəd Suriyadan qaçdı – Təcili
6 Dekabr 23:11
Əsrlər boyu filosoflar və siyasi mütəfəkkirlər bir əhəmiyyətli suala cavab axtarmağa çalışıblar. Cəmiyyətin və vətəndaşların firavanlığına görə əsas məsuliyyəti kim daşımalıdır? Vətəndaşların ehtiyac duyduğu məhsul və xidmətlər hökümət təmin etməlidirmi? Cəmiyyətin müxtəlif üzvlərinın qayğısına hökümətdən başqa kim qala biləri? Bəlkə həyatda daha az imkanı olan insanlara yardım etmək məsuliyyəti fərdlərin üzərinə düşməlidir? Hansı növ qurum çatışmayan xidmətləri daha səmərəli təqdim etmək gücünə malik ola bilər? Dövlət insanlara imtiyazlar verməlidirmi, yoxsa hər bir şəxs özü öz qayğısına qalmalıdır? Bu suallar keçmişdə olduğu kimi, indi də aktualdır.
Bəziləri vətəndaşların firavanlığına görə hökümətin cavabdeh olduğunu deyir. Digərləri isə düşünür ki, hökümətin insanlara edə biləcəyin ən yaxşı xidmət həyatlarına müdaxilə etməməkdir. Onların fikrincə, bazar cəmiyyətin tələblərinə uyğun təklif vermək gücündədir. Cavabın necə olmasına baxmayaraq, cəmiyyətdə hər zaman hökümətin və bazarın diqqətindən kənarda qalan boşluq olacaq. Bu boşluğu doldurmaq vətəndaş cəmiyyətinin üzərinə düşür.
Vətəndaş cəmiyyəti hökümətə və özəl sektora daxil olmayan, ortaq dəyərlər və ya maraqlar naminə birlikdə fəaliyyət göstərən müstəqil qruplar və ya təşkilatlar toplumudur. Bu sektor könüllü fəaliyyətlə və müxtəlif dəyərlər naminə çalışmaqla sıx bağlı olan bir məfhumdur.Vətəndaş cəmiyyəti təşkilatlarının gördüyü işlər sosial xidmət, icma fəaliyyəti, dini, elmi, yaradacılıq və s. sahələri əhatə edir. Hökümət və özəl sektordan kənar olduğu üçün vətəndaş cəmiyyətini üçüncü sektor adlandırırlar.
Hökümət sektoru cəmiyyətə ictimai xidmətlərin təqdim edilməsinə görə cavabdeh olan sektordur. Müxtəlif ölkələrdə hökümətin təqdim etdiyi xidmətlər müəyyən qədər fərqlənsə də, əksər hallarda bu xidmətlərə ordu, polis, ictimai yollar, körpülər, su təchizatı, elektrik, telekommunikasiya, ictimai nəqliyyat, təhsil və səhiyyə daxildir. Hökümət bu məhsulları və xidmətləri vətəndaşlardan topladığı vergilərin sayəsində təklif edə bilir.
Özəl sektor da məhsul və xidmətlər təklif edir. Amma onlar bunu gəlir məqsədilə edirlər.
Bu sektor özəl fərdlər və ya qruplar tərəfindən idarə olunur və dövlətin nəzarəti altında deyil.
Sosial sistem kontekstindən nəzər yetirəndə hökümət və özəl sektorları vətəndaşların ehtiyac duyduğu xidmətlərin böyük əksəriyyətini təqdim etmək gücündədir. Lakin nə qədər xidmət təqdim etmələrindən asılı olmayaraq, həmişə hökümətin və özəl sektorun diqqətindən kənarda qalan boşluqlar mövcud olacaq. Bunun səbəbi isə çox sadədir. Hökümətin məhdud büdcəsi ona bütün sahələri əhatə etmək imkanı vermir. Özəl sektorun isə gəlir əldə edə bilmədiyi sahədə fəaliyyət göstərməsi mümkün deyil. Vətəndaş cəmiyyəti bu iki sektorun diqqətindən kənar qalan sahələr üzrə fəaliyyət göstərir. Məsələn, evsizlərə sığınacaqlar, pulsuz qida, dəstək qrupları, təhsil təşəbüssləri və s. kimi layihələr.
Vətəndaş cəmiyyəti çox rəngarəngdir və müxtəlif növ qruplardan ibarətdir. Vətəndaş cəmiyyətinə aid olan qruplar kifayət qədər çoxdur. Qeyri-hökümət təşkilatları, xeyriyyə qurumları, sosial müəssisələr, şəbəkələr, klublar, bir sözlə hökümət və bazar kateqoriyalarına daxil olmayan əksər qruplar.
Vətəndaş cəmiyyətinə daxil olan qruplar və təşkilatlara misal olaraq həmkarlar ittifaqlarını, qeyri -hökümət təşkilatlarını, dini qurumları və xidmət təşkilatlarını göstərə bilərik. Bu təşkilatlar əvəzində heç nə almadan və ya çox cüzi bir məbləğə cəmiyyətə fayda verən qurumlardır.
Vətəndaş cəmiyyəti təşkilatları əsasən lokal xarakterli olsalar da, qlobal miqyasda fəaliyyət göstərən qeyri-hökümət təşkilatları böyük böhranları aradan qaldırmaq istiqamətində əvəzolunmaz işlər görürlər.
Vətəndaş cəmiyyəti təşkilatların ümumiləşdirici xüsusiyyətləri var. İlk növbədə onların sistemli strukturları mövcuddur. Bu, sabitliyi və davamlılığı təmin edir. Hökümətdən kənar, tam müstəqil fəaliyyət göstərirlər. Gəlir əldə etmək məqsədləri yoxdur. Üzvlük könüllüdür. Ən əsası isə vətəndaş cəmiyyəti təşkilatları ictimai maraqlara xidmət edirlər.
Bəs vətəndaş cəmiyyəti təşkilatları necə maliyyələşirlər?
Bəzi vətəndaş cəmiyyəti təşkilatları fəaliyyətlərini məhsul və xidmətləri ödənişlə təklif etməklə maliyyələşdirirlər. Lakin bu ödənişlər yalnız təşkilatın fəaliyyəti üçün toplanıla bilər və heç bir halda gəlir məqsədi güdməməlidir. Digər geniş yayılmış digər maliyyələşmə növü hökumət qrantlarıdır. Beynəlxalq fondlar və özəl korporasiyalar da bu təşkilatlarının maliyyələşməsində iştirak edirlər. Onlar, diqqət yetirdiyi sahələrdə fəaliyyət göstərən təşkilatlara maliyyə dəstəyi təklif edirlər. Ən çox yayılmış maliyyələşmə növü isə fərdi ianələrdir. Bura üzvlərdən və ya təəssübkeşlərdən toplanılan kiçik ianələr daxildir.
Fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov yazır ki, Makiavellinin əsərlərində vətəndaş cəmiyyətinin cücərtilərinə rast gəlmək olur. Məsələn, o yazırdı ki, hökmdar qorxu və s. vasitələrin köməyilə idarə etmək imkanına malik olsa da, bu imkandan sui-istifadə edə bilməz. O, təbəələrdə özünə qarşı nifrət oyatmamaq üçün onların əmlak və şəxsi hüquqlarını pozmamalıdır. "Tit Livinin birinci ongünlüyü" əsərində Makiavelli dövləti və cəmiyyəti, siyasi və mülki sferaları aydın şəkildə bölür. Bütün bunlara baxmayaraq, antik dövrlərdə və orta əsrlərdə həmin mövzuda gedən ayrı-ayrı mübahisələr və sezmələr nəzərdən keçirilən problemi elmi surətdə həll etmədi. Yalnız XVII əsrdə filosoflardan Q.Qrotsinin, T.Hobbsun, C.Lokkun və b. əsərlərində ilk dəfə olaraq "vətəndaş cəmiyyəti" anlayışı "dövlət"dən fərqli mənada işlədildi və bu iki termin bir-birinə qarşı qoyuldu. Sonralar XVIII əsrdə J.J.Russonun, V.Fon Humboltun, C.Vikonun və b. əsərlərində bu ideya daha da inkişaf etdirildi.
Adları çəkilən mütəfəkkirlər vətəndaş cəmiyyətilə dövlət, "siyasi cəmiyyət" arasındakı prinsnpial fərqi yəqin ki, görmürdülər. Bununla belə, onlar artıq "mülki cəmiyyəti" mövcud dövlət və ya dövlət idarəçiliyi formaları ilə eyniləşdirmirdilər. Bu zaman onlar dövlətin yaranmasının "ictimai müqavilə" variantını əsas tutur və belə hesab edirdilər ki, yalnız o hökumət qanunidir ki, bütün vətəndaşlar onu təsis etməyə və ona tabe olmağa könüllü surətdə razı olmuşlar. Hakimiyyətin hər hansı bir formada mütləqləşdirilməsi, onların fikrincə, vətəndaş cəmiyyətinin inkar edilməsinə gətirib çıxarır. Buradan çıxış edən T.Hobbs dövlət hakimiyyətinin heç nə ilə məhdudlaşdırılmayan azadlığa tabe etdirilməsini tələb edirdi. Ona tərəfdar çıxan C.Lokk yazırdı ki, "...kimin əlində olmasından asılı olmayaraq, mütləq hakimiyyət mülki cəmiyyətin bir növü olmaqdan tamamilə uzaqdır; onlar da, köləlik və mülkiyyət kimi, bir araya sığmazdırlar." "Dövlət idarəçiliyi haqqında iki traktat" əsərində Lokk göstərirdi ki, vətəndaş cəmiyyətində yaşayan heç bir şəxs üçün qanunlarda istisna ola bilməz.
İdarəetmədə hamının iştirak etməsi və xalq suverenliyi ideyasını əsas tutan J.J.Russo elə bir assosiasiya forması tapmağa çalışırdı ki, o, şəxsiyyət və assosiasiya üzvlərinin mülkiyyətini qoruya bilsin, onun sayəsində hər kəs hamı ilə əlaqədə olmaqla, eyni zamanda yalnız özünə tabe olsun və əvvəllər olduğu kimi, azad olaraq qalsın. Buradan göründüyü kimi, yeni dövr mütəfəkkirləri şəxsiyyəti dövlətin "əsarətindən" qurtarmağın yeganə yolunu mülki cəmiyyət formalaşdırmaqda görürdülər. C.Lokk belə hesab edirdi ki, vətəndaş cəmiyyəti siyasi cəmiyyətdir, yəni elə bir cəmiyyətdir ki, orada dövlətin özünün qanuni mənafeləri vardır. O yazırdı: "Kim ki, vahid bir tamda birləşmişdir və hamı üçün ümumi olan qanunu və məhkəmə idarələri vardır, hara ki, müraciət etmək olur və onlar arasındakı mübahisələri həll etmək və cinayətkarları cəzalandırmaq hakimiyyəti verilmişdir, onlar mülki cəmiyyətdə yaşayırlar, amma bu cür ümumi divanxanası olmayanlar isə... hələ də hər kəsin hakim və cəllad olduğu təbii halda yaşayırlar..."
Ş.Monteskye "Qanunların ruhu haqqında" adlı əsərində mülki cəmiyyəti tarixi inkişafın məhsulu hesab edirdi. Onun fikrincə, vətəndaş cəmiyyəti təbii hal, ailə və qəhrəmanlıq dövründən sonra bəşəriyyətin inkişafında dördüncü mərhələdir. O yazırdı ki, mülki cəmiyyət insanların bir-birinə düşmən olduğu bir cəmiyyətdir. Bu düşmənçiliyə son qoymaq məqsədilə insanlar dövləti yaradırlar. Dövlət daxilən mülki cəmiyyətə xasdır, amma onun eyni deyildir. Mülki qanunları dövlət (siyasi) qanunlarından fərqləndirən Monteskye göstərirdi ki, birincilər vətəndaş cəmiyyətinə xas olan münasibətləri, ikincilər isə vətəndaşların hüquq və azadlıqlarını tənzim edirlər. O, mülki cəmiyyəti özbaşınalıq və diktaturadan çox yaxşı təminat hesab edirdi.
"Dövlətin fəaliyyət hədlərini müəyyənləşdirmək təcrübəsi" adlı əsərində V.Fon Humbolt insan, şəxsiyyət və dövlətin nisbəti məsələsini təhlil edərək, vətəndaş cəmiyyəti və dövlət arasında üç əsas fərq görürdü. 1. "Aşağıdan", fərdlərin özləri tərəfindən formalaşdırılan milli ictimai təsisatlar sistemi və dövlət təsisatları sistemi; 2. "Təbii və ümumi hüquq" və dövlətin verdiyi pozitiv hüquq; 3. "İnsan" və "vətəndaş". Buradan o, belə bir nəticəyə gəlir: dövlət quruluşu məqsəd deyil, o, ancaq insanın inkişaf vasitəsidir. Deməli, o, dövlət hakimiyyətinin insanın mənafe və tələbatına tabe etdirilməsinin zəruriliyi fikrini irəli sürürdü.
Vətəndaş cəmiyyəti anlayışı bir çox ölkədə kifayət qədər yenidir. Lakin yadda saxlamaq lazımdır ki, demokratik sistemlərdə vətəndaş cəmiyyətinin fəal iştirakı vacibdir. Bu qruplar əksər hallarda diqqətdən kənar qalsalar da onların mövcudluğu cəmiyyət üçün olduqca əhəmiyyətlidir.
Cavid