Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
24 Aprel 2025 21:13
3 423
Ötən gün İstanbulda baş verən zəlzələ zamanı yayılan görüntülər müzakirələrə yol açıb. Belə ki, silkələnmə anında insanların özünü pəncərədən atması birmənalı qarşılanmayıb. Nəticədə aydın olub ki, vətəndaşlar zəlzələ vaxtı davranış qaydalarını bilmirlər.
Xalqcebhesi.az-ın məlumatına görə, Globalinfo.az-a danışan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib ki, bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır:
“Zəlzələ anında təmkinli olmaq, pəncərəyə yaxınlaşmamaq, eyvana çıxmamaq, liftə minməmək, pilləkənlə qaçmamaq tövsiyə edilir. Vətəndaş evdədirsə, qapı çərçivəsinə çəkilməsi məsləhətdir. Çünki qapının üstündən möhkəm beton bağlamaları keçir və onun altında dayanmaq daha təhlükəsizdir”.
Qurban Yetirmişli bildirib ki, zəlzələ zamanı mebeldən, çilçıraqdan uzaq durmaq lazımdır:
“Gərək insanlar belə hadisəyə hazırlıqlı olsunlar. Birinci mərtəbədə yaşayanlar həyətə çıxa bilərlər. Lakin onlar elə yerdə dayanmalıdırlar ki, binadan bir hissə qopub düşəndə, yaxud ağac aşanda xəsarət almasınlar”.
11 Sentyabr 15:58
1 218
11 Sentyabr 12:37
1 246
11 Sentyabr 12:11
1 274