Pakistan XİN: ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb Dünya

Pakistan XİN: ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb

Pakistan ABŞ və İsrailin İrana qarşı hərbi addımlarını kəskin şəkildə pisləyib və bu hərəkətlərin region üçün ağır nəticələrə səbəb ola biləcəyini bəyan edib.

APA xəbər verir ki, bu barədə Pakistanın Baş nazirin müavini və xarici işlər naziri İshaq Dar İslamabad Strateji Tədqiqatlar İnstitutunun yaradılmasının 52-ci ildönümünə həsr olunmuş mərasimdə çıxışı zamanı bildirib.

“Pakistan Yaxın Şərqdə son vaxtlar baş verən hadisələrlə bağlı dərin narahatlığını ifadə edir. Biz İsrailin İrana qarşı tamamilə əsassız təcavüzünü və ABŞ-ın İranın nüvə obyektlərinə qarşı hücumunu qətiyyətlə pisləyirik. Bu hərəkətlər ciddi təhlükəli eskalasiyadır və BMT Nizamnaməsinin, eləcə də beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”, – deyə nazir qeyd edib.