
Nyu-Meksiko universitetində atışma baş verib
25 İyul 18:00
25 İyul 18:00
25 İyul 17:38
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Azərbaycanda tələbələrin təxminən 50 faizdən çoxu təqaüd alır. Bu, təhsilin müxtəlif pillələrinə aiddir.
Bu sözləri jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli deyib.
O qeyd edib ki, təqaüdlərin məbləği sonuncu dəfə 2023-cü ildə artırılıb:
“Bu tədris ilindən təqaüdlər yenidən artırılır. Xüsusilə, daha yaxşı akademik göstəricisi olan tələbələrimiz daha yüksək təqaüd ala biləcək. Bu da tələbələrimizin daha yaxşı təhsil almalarına şərait yaradacaq, təhsil imkanlarına müsbət təsir edəcək”.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği artırılıb.