

3 Sentyabr 23:45
3 Sentyabr 23:34
3 Sentyabr 23:28
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Sosial şəbəkələrdə bu il sentyabr ayının 8-dən taksi şirkətlərinin Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakının mərkəzi hissələri istiqamətində olan sifarişləri qəbul edə bilməyəcəkləri ilə bağlı məlumatlar yayılıb. Məlumatlarda sözügedən tarixdən Aeroportdan taksi nəqliyyatı ilə sərnişindaşımaların yalnız “Bakı Taksi Xidməti” MMC vasitəsilə həyata keçiriləcəyi qeyd edilir.
Məsələ ilə bağlı "APA-Economics"in sorğusuna cavab olaraq Aeroportdan bildirilib ki, hava limanında sərnişinlərin rahatlığını və xidmət səviyyəsini daha da yüksəltmək məqsədilə taksi xidmətlərinin təkmilləşdirilməsi istiqamətində işlər aparılır:
"Taksilərin hava limanı ərazisinə giriş və çıxışına hər hansısa məhdudiyyət tətbiq olunmur. Görüləcək işlərlə bağlı yeniliklər baş verdikcə ictimaiyyət rəsmi şəkildə məlumatlandırılacaq".
Qeyd edək ki, “Bakı Taksi Xidməti” Azərbaycanda fəaliyyət göstərən Dövlət Taksi Xidmətidir. Taksi xidmətinin duracağı hava limanında 1-ci terminalın çıxışında yerləşir.