

3 Sentyabr 23:45
3 Sentyabr 23:34
3 Sentyabr 23:28
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Ukraynaya xarici ölkə qoşunlarının göndərilməsi Rusiyanın qərar verəcəyi məsələ deyil.
APA xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Rusiyanın Ukraynaya Avropadan hərbi kontingentin göndərilməsi ilə bağlı etirazına cavab olaraq deyib.
“Niyə bizə Rusiyanın bu barədə fikri maraqlı olmalıdır? Ukrayna suveren ölkədir. Buna Rusiya qərar verə bilməz. Rusiyanın bu məsələyə aidiyyəti yoxdur. Əgər Ukrayna sülh müqaviləsini dəstəkləmək üçün özünün təhlükəsizliyinə zəmanət verən hərbi birləşmələrə ev sahibliyi etmək istəyirsə, bu, onun qərarıdır. Başqa heç kəs bununla əlaqədar qərar verə bilməz”, - Rutte vurğulayıb.
NATO Baş katibi Rusiya lideri Vladimir Putini çox güclü hesab etməyin doğru olmadığını bəyan edib.
“O sadəcə Texas ştatının qubernatorudur, vəssalam. Gəlin onu çox ciddi hesab etməyək”, - Rutte qeyd edib.