Bir sıra ölkələrdə "Google", "Youtube" və "Gmail" çöküb Hadisə

Bir sıra ölkələrdə "Google", "Youtube" və "Gmail" çöküb

“Google” bir sıra ölkələrdə işləmir.

Əsasən Cənub-Şərqi Avropa ölkələri olmaqla, bəzi ölkələrdə internet istifadəçiləri “Google”dan istifadə edə bilmir.

İstifadəçilər bununla bağlı öz sosial şəbəkə hesablarında məlumat veriblər.

Bildirilib ki, "Youtube" və "Gmail" xidmətlərindən də istifadə etmək olmur.

Qeyd edək ki, Türkiyədə də “Google”la bağlı problem yaşanır.