Qətər nümayəndə heyəti danışıqlar üçün Tehrana gəlib
30 Oktyabr 16:06
30 Oktyabr 16:06
30 Oktyabr 15:19
30 Oktyabr 14:21
4 Sentyabr 2025 08:17
2 233
Yəməndəki husilər hipersəs ballistik raketlə Qüdsün qərbində İsrailə məxsus önəmli və həssas hədəfi vurduqlarını açıqlayıblar.
Husilərdən verilən yazılı açıqlamada, "Raket qüvvələrimiz işğal altındakı Qüdsün qərbində düşmən İsrailə məxsus önəmli və həssas hədəfə qarşı "Fələstin 2" hipersəs ballistik raketi ilə əməliyyat keçirdi. Əməliyyat öz məqsədinə uğurla çatdı və milyonlarla sionistin sığınacaqlara qaçmasına səbəb oldu” deyə bildirilib.
Hədəfin təfərrüatları ilə bağlı məlumat verilməyən açıqlamada Yəmən Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının da işğal altındakı Hayfa bölgəsində həyati əhəmiyyətli İsrail hədəfini vurduğu və bu əməliyyatın da uğurlu keçdiyi qeyd edilib.
Açıqlamada qeyd olunub ki, hücumlar Qəzza zolağına yönəlmiş soyqırım və aclıq cinayətlərinə cavab olaraq və İsrailin Yəmənə qarşı təcavüzünə ilkin cavab tədbirlərinin bir parçası olaraq həyata keçirilib.
30 Oktyabr 21:04
833
30 Oktyabr 21:03
826
30 Oktyabr 17:19
966